Ağcabədidən Bakıya gətirilmiş mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilmişdir

Mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkarlanıb

18
Ağcabədidən Bakıya satış məqsədi ilə gətirilən heyvan cəmdəkləri gətirən şəxs saxlanılıb

BAKI, 31 yan — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir. Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yanvarın 30-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında DBNX-nin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən Dövlət Yol Polisi postunda reyd keçiriblər.

Reyd zamanı Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus "Mersedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilərkən onun arxa oturacağında və yük yerində mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub.

  • Ağcabədidən Bakıya gətirilmiş mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilmişdir
    Ağcabədidən Bakıya gətirilmiş mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilmişdir
    © Photo : DBNX mətbuat xidməti
  • Ağcabədidən Bakıya gətirilmiş mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilmişdir
    Ağcabədidən Bakıya gətirilmiş mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilmişdir
    DBNX mətbuat xidməti
  • Ağcabədidən Bakıya gətirilmiş mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilmişdir
    Ağcabədidən Bakıya gətirilmiş mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilmişdir
    © Photo : DBNX mətbuat xidməti
1 / 3
© Photo : DBNX mətbuat xidməti
Ağcabədidən Bakıya gətirilmiş mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilmişdir

Aşkar olunan heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığından və qida üçün yararlılığı şübhə doğurduğundan, onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib. Reyd zamanı aşkar edilən heyvan cəmdəklərindən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

18
Teqlər:
cəmdək, DBNX, KTN, qida, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, heyvan
Əlaqədar
Bakıda qəssabxanada mənşəyi bilinməyən ət aşkar edilib
Bir tona yaxın yararsız ət aşkarlandı
Yüzlərlə heyvanı kim məhv edib?
Heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı
Elmi mərkəzdə seysmoqraf

Xəzər dənizində zəlzələ oldu

14
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb.

BAKI, 2 dekabr - Sputnik. Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.

14
Teqlər:
Xəzər dənizi, zəlzələ
Məmur, arxiv şəkli

Bərəkallah dedirdən "qabiliyyət": Xaricdə oturub Lənkərandakıları mühafizə edirmiş

25
(Yenilənib 15:31 02.12.2020)
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 2 dekabr — Sputnik. Lənkəran rayon Xarxatan kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran rayon prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olub.

Sputnik Azərbaycan Lənkəran Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilmiş və Bəhruz Nəsirovun 09.08.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasına getməsi və geri qayıtmamasına baxmayaraq 21.04.2020-ci il tarixdən "Lənkəran Beynəlxalq Mühafizə Xidməti" MMC-də işə düzəlməsi müəyyən edilib.

"Lənkəran Beynəlxalq Mühafizə Xidməti" MMC-nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

25
Teqlər:
mühafizə, Rusiya, Lənkəran, cinayət işi, vəzifəli şəxs
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT