Əlləri ilə qulaqlarını tutmuş uşaq

Azyaşlılar köməksiz vəziyyətdə qaldılar

23
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil veriblər

BAKI, 25 yan — Sputnik. Yanvarın 25-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 3 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil veriblər. Əməliyyat saat 01:00-da başa çatıb.

23
Teqlər:
xilasedici, azyaşlı, FHN, nazirlik, mənzil, qapı
Əlaqədar
Vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
İki nəfər liftdə köməksiz vəziyyətdə qalıb
Azyaşlı köməksiz vəziyyətdə qaldı
Daha bir köməksiz adam xilas edildi
FHN köməksiz adamı xilas etdi