Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gənclərin asan yolla gəlir əldə etmək sevdası uzun çəkmədi...

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidHəbs, arxiv şəkli
Həbs, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Evlərdən və avtomobillərdən oğurluq edənlərin asan yolla gəlir əldə etmək sevdası elə də uzun çəkməyib

BAKI, 23 yan — Sputnik. Balakəndə oğurluq edən 3 gənc saxlanılıb. 

Sputnik Azərbaycan-ın məlumatına əsasən, rayonun Katex və Kortala kəndlərindən olan bir qrup sakin yaşadıqları evlərin həyətyanı sahəsinin saxlac yerlərindən təsərrüfat əşyalarının və özlərinə məxsus avtomobillərin ehtiyat hissələrinin oğurlanması barədə Balakən rayon Polis Şöbəsinə yazılı surətdə müraciət ediblər.

RPŞ-nin əməkdaşları müraciət əsasında apardıqları axtarış-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğurluq hadisəsi rayonun Hənifə kənd sakini — 25 yaşlı Elçin Məhəmməd oğlu Musayev, Qaravəli kənd sakini — 21 yaşlı Mirvan Oruc oğlu Qurbanov və Tülü kənd sakini — 23 yaşlı Rəsul Bahaddin oğlu İsmayılov tərəfindən törədilib. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutulub, oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi istintaqa təhvil verilib. 

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.

Xəbər lenti
0