Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ailə başçısı maddi imkansızlıq ucbatından özünü asıb

Abunə olmaq
O, ailəsini maddi cəhətdən lazımi səviyyədə təmin edə bilmədiyinə görə ciddi narahatlıq keçirirmiş

BAKI, 17 yan — Sputnik. Yanvarın 16-da Bakının Xəzər rayonunda növbəti intihar hadisəsi qeydə alınıb. Bu barədə Sputnik-ə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

İntihar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yaşlı qadın özünü asaraq intihar edib

1956-cı il təvəllüdlü Vəliyev Rafiq Həmid oğlu Şüvəlan qəsəbəsində çoxmənzilli evin həyətində özünü asıb. Kişinin meyitini onun oğlu tapıb.

Doğmalarının sözlərinə görə, R. Vəliyev saat 08:30-da yuxudan durub, adi qaydada evdəkilərlə salamlaşıb və evdən çıxıb. Saat 09:20-də oğlu iş dalınca getmək üçün evdən çıxıb. O, heç on addım getməmiş dəhşətli mənzərə ilə — atasının ağacdan asılmış meyiti ilə rastlaşıb.

Hələlik intiharın səbəbi məlum deyil. Doğmalarının sözlərinə görə, R. Vəliyev ailəni maddi cəhətdən lazımi səviyyədə təmin edə bilmədiyinə görə ciddi narahatlıq keçirirmiş.

Xəbər lenti
0