Yanğın

51 yaşlı kişinin yanmış meyiti tapıldı

126
(Yenilənib 11:05 12.01.2017)
Şəmkirdə vətəndaşa məxsus, ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evdə güclü yanğın olub

BAKI, 12 yan — Sputnik. Bu gün səhər saatlarında Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus, ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı, 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

126
Teqlər:
Şəmkir, FHN, meyit, ev, yanğın
Əlaqədar
Radiator təmiri sexində yanğın
Səngəçalda qaz kəmərində yanğın söndürülüb
Biləsuvarda yanğın baş verib
Füzuli rayonunda yanğın olub
Bakıda 2 otaqlı ev yanıb
Zaqatalada ot tayası yanıb