Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həyat yoldaşının qohumları tərəfindən bıçaqlandı

CC0 / Brett_Hondow / knifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, Təhmasib Səfərov yoldaşının əmisi oğlu və bacanağı tərəfindən bıçaqlanıb.

BAKI, 8 yan — Sputnik. Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Çığırqan kəndində qeydə alınıb.

Kənd sakini, 37 yaşlı Təhmasib Qurbanəli oğlu Səfərov bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

İlkin məlumata görə, Təhmasib Səfərov yoldaşının əmisi oğlu və bacanağı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0