Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

30 yaşlı kişi özünü doğradı

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку. Архивное фото
Карета скорой помощи в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatala sakini naməlum səbəbdən intihar etmək istəyib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 yan — Sputnik. Yanvarın 5-i axşam saatlarında Zaqatala şəhəri Azərbaycan prospektindəki binalardan birində yaşayan, 1987-ci il təvəllüdlü Müseyib Akif oğlu Hüseynov sol qolunun çoxsaylı kəsiyi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan Sputnik-in bölgə müxbirinə verilən məlumata görə, müayinə zamanı məlum olub ki, M. Hüseynov hələlik məlum olmayan səbəbdən intihar etmək istəyib. O, bu məqsədlə kəsici alətlə özünə xəsarət yetirib. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0