Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağcabədidə ağır yol qəzası baş verib, ölən var

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Daşkəsən rayon Əhmədli kənd sakini, 1994-cü il təvəllüdlü Qurbanov Faiq hadisə yerində ölüb.

BAKI, 2 yan — Sputnik. Ağcabədidə iki nəfərin ölümünə, bir nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Ağcabədi-Zərdab yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri,  Daşkəsən rayon Əhmədli kənd sakini, 1994-cü il təvəllüdlü Qurbanov Faiq Naməddin oğlu hadisə yerində ölüb. Digər sürücü, Ağcabədi rayon sakini 1949-cu il təvəllüdlü Abdullayev Əlı Əhməd oğlu Ağcabədi Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, aldığı yaradan həyatını itirib.

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, avtomobillərdən birində olan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olub. Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti
0