Bakı şəhər Prokurorluğu

Məşhur restorandakı faciə ilə bağlı cinayət işi açıldı

121
Mərhumun qəsdən öldürülməsi fərziyyəsi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

BAKI, 28 dek — Sputnik. 9 dekabr 2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən "Küləfirəngi" restoranının qarşısında, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Qaraxan Ağayevin, təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi və dekabrın 21-də orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, iş üzrə hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilib, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə iş üzrə istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, o cümlədən mərhumun qəsdən öldürülməsi fərziyyəsi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

121
Teqlər:
Qaraxan Ağayev, "Küləfirəngi", restoran, prokurorluq, Sabunçu, cinayət
Əlaqədar
Əli İnsanova qarşı yeni cinayət işi başlanıb
Hərbi zavodda baş vermiş partlayışla bağlı cinayət işi açıldı
İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilib
Ata-oğulun bıçaqlayan kəndlilər barəsində cinayət işi açıldı
Avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Bakıda yanan bina ilə bağlı cinayət işi yekunlaşdı