Hökumət Evi

Nazirlik böyük qanunsuzluğun üstünü açdı

8707
(Yenilənib 15:00 28.12.2016)
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Zərdabda aşkarlanmış nöqsanlar barədə materiallar Baş Prokurorluğa göndərilib

BAKI, 28 dek — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinə (KTN) daxil olan müraciətə əsasən, nazirliyin internet saytında yerləşdirilmiş məlumatda Şəhla Məmmədəli qızı İsmayılovaya ödəniləcək yardımın məbləği 9900 AZN göstərildiyi halda, Kapital Bank ASC-nin Zərdab filialı tərəfindən istehsalçıya 5000 AZN ödənilib. Bu barədə Sputnik-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

KTN-in apardığı araşdırmalar zamanı, Yardımların verilməsi üzrə Respublika Komissiyası tərəfindən Zərdab rayon komissiyasına təqdim edilmiş siyahı ilə, Zərdab rayon komissiyasından Kapital Bank ASC Zərdab filialına göndərilmiş siyahı müqayisə edilib. Nəticədə məlum olub ki, 238 nəfər istehsalçıya bank tərəfindən faktiki ödənilən vəsaitlə Respublika Komissiyasının ödənilməsi barədə qərar qəbul etdiyi vəsait arasında 37185,50 manat fərq var. Nəzərdə tutulduğundan artıq olan həmin vəsait məhsul istehsalçılarının bir qisminə ödənilməli məbləğdən azaldılaraq digər istehsalçıların bank hesablarına köçürülüb.

Nazirlik bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarının 50%-nin dövlət tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə, hər hektara 50 manat məbləğində yardım verilir: "Qeyd edək ki, rayon icra hakimiyyəti başçılarının sərəncamı ilə yaradılmış ərazi komissiyaları hər bir rayon üzrə əkin sahələri və yardım alan istehsalçılar barədə məlumatları toplayaraq, Yardımların verilməsi üzrə Respublika Komissiyasına təqdim edir. Yardımların köçürülməsi üçün rayon komissiyaları yardım veriləcək istehsalçıların siyahısı, bank rekvizitləri və onlara veriləcək yardımın məbləği barədə məlumatı müvəkkil banka göndərir".

KTN bəyan edir ki, şəffaflığı təmin etmək üçün subsidiya alacaq kənd təsərrüfatı məhsulları istehsalçılarının siyahısı (rayonun, kəndin, məhsul istehsalçısının adı, əkin sahəsi və alacağı subsidiyanın miqdarı) Kənd Təsərrüfatı Nazirliyinin internet saytında subsidiyalar ünvanında yerləşdirilir. Nazirlik aşkar etdiyi nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədləri Respublika Prokurorluğuna göndərib.

8707
Teqlər:
Kapital Bank ASC, KTN, subsidiya, Kənd Təsərrüfatı Nazirliyi, nazirlik
Əlaqədar
Apteklərdə reyd keçirilib, çoxlu qanunsuzluqlar aşkarlanıb
Nazirlik reyd keçirdi: cərimələnənlər var
Nazirlik xəbərdarlıq etdi: qarşıdakı 3 gün ərzində ehtiyatlı olun!
Nazirlik rəsmisi: fındıqda yaxşı pul var
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

15
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

15
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

43
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

43
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

0
(Yenilənib 18:01 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

BAKI, 25 oktyabr — Sputnik. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə