Yumruq, arxiv şəkli

Bakıda nigeriyalı kişini döydülər

827
(Yenilənib 16:29 27.12.2016)
Metronun sərnişinləri onun Azərbaycan dilini bildiyini güman etməyiblər, sən demə, afrikalı poliqlot imiş

BAKI, 27 dek — Sputnik. Bakı metropolitenində Nigeriya vətəndaşını döyüblər. Bu barədə Sputnik-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat veriblər.

İnsident dekabrın 26-sı saat 17:30-da "28 may" metrostansiyasında baş verib. 1999-cu il təvəllüdlü Bakı sakini Emin Nəcəfzadə və 2000-ci il təvəllüdlü Hacıağa Məmmədli, 1980-ci il təvəllüdlü Nigeriya sakini Kinq Stanneynini döyüblər. Nəticədə nigeriyalı Kliniki Tibbi Mərkəzə yardım üçün müraciət edib.

Xuliqanlıq faktı üzrə aparılan ilkin araşdırma zamanı məlum olub ki, azərbaycanlılarla nigeriyalı arasında münaqişə təhqir üstündə başlayıb. Gənclər Stanneyniyə Azərbaycan dilində "qara meymun" deyiblər və bilməyiblər ki, afrikalı dilimizi bilir.

Meymunla müqayisə edildiyini görən nigeriyalı dözməyərək Nəcəfzadə və Məmmədliyə yumruq atıb. Bundan sonra onlar arasında dava başlayıb. Gəncləri ətrafdakı insanlar sakitləşdirib və hadisə yerinə polis əməkdaşları gəliblər.

Nigeriyalı isə bir neçə dillə yanaşı, Azərbaycan dilini də bilir və Bakıda repetitorluqla məşğul olaraq xalqımızın balalarına ingilis dilini öyrədir.

827
Teqlər:
Metropoliten, döyülmə, dava, Nigeriya, gənc
Əlaqədar
Jurnalist vəhşicəsinə döyüldü
İntiqam hissi azərbaycanlı xanımı qaydasız döyüşçüyə çevirdi
Azərbaycanda qız anasını döyərək çaya atıb
Qarşıda onu ağır döyüş gözləyir
Anasını döyərək öldürdü
Kadırovun "qladiator döyüşü" böyük qalmaqala səbəb olub
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

22
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

22
Охотничья винтовка типа Винчестер, архивное фото

Ata oğlunu güllələyib: "Onu öldürmək fikrim olmayıb"

31
(Yenilənib 14:24 15.01.2021)
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.

Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.

Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.

Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

31

Həftəsonları yenə piyadayıq

0
Yanvarın 18-dən etibarən ölkə ərazisində karantin rejiminin müəyyən yumşaldılması olacaq: sms icazələr ləğv olunacaq, bir müddət sonra müəyyən sahələr fəaliyyətə başlayacaq. Amma ictimai nəqliyyatın həftəsonu hərəkətinə qoyulan məhdudiyyət götürülmür

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar