Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda kişi sevgilisini qanına qəltan etdi

CC0 / markusspiske / knifeKişi qadını bıçaqlayır
Kişi qadını bıçaqlayır - Sputnik Azərbaycan
Abunə olmaq
Polis: "Hər şeyin günahı WhatsApp tipli mobil tətbiqlərlə yazışmadadır. Qadınlar bir çox hallarda kişilərlə yazışmanın nəyə səbəb ola biləcəyini düşünmürlər"

BAKI, 26 dek — Sputnik. 1989-cu il təvəllüdlü Aygün Kərimova, 3 saylı şəhər xəstəxanasına, kəsici bıcaq yarası ilə daxil olub. Bu barədə Sputnik-ə Xəzər rayonu Polis İdarəsindən məlumat verilib. 

Məlumata əsasən, Kərimova dekabrın 25-də səhər saat 7 radələrində Şüvəlan qəsəbəsində yaralanıb. Burada Kərimova və onun sevgilisi son altı ay ərzində kirayədə yaşayıblar. Cinayəti törətməkdə, məhz Kərimovanın sevgilisi ittiham edilir. Fakt üzrə 1991-ci il təvəllüdlü Nurəliyev Məzahir Əzizağa oğlu saxlanılıb.

Əlibıçaqlı adam - Sputnik Azərbaycan
HADİSƏ
Özünü müdafiə məqsədilə tanışına 12 bıçaq vurdu

Nurəliyev bildirib ki, cinayəti münaqişə zəminində törədib. Hirsli vaxtında o, bıçağa əl atıb və yalnız hadisə baş verəndən sonra nə olduğunu anlayıb. Onun sözlərinə görə, münaqişə qısqanclıq zəminində baş verib. Nurəliyev sevgilisinin başqa kişi ilə əlaqədə olmasından şübhələnib.

Polisdən verilən məlumata görə, Kərimovanın vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Eyni zamanda, Xəzər RPİ-nin məsul işçisi son zamanlar qısqanclıq zəminində bıçaqlama hallarının artdığını bildirib.

"Hər şeyin günahı WhatsApp tipli mobil tətbiqlərlə yazışmadadır. Qadınlar bir çox hallarda kişilərlə yazışmanın nəyə səbəb ola biləcəyini düşünmürlər. Ər bundan xəbər tutduqda, adətən nəyisə dəyişmək üçün gec olur", — deyə polisdən bildiriblər.

Xəbər lenti
0