UZİ silahı

"Kriminal avtoritet"in bütün ailəsinin qətlinə fərman verilib

2447
Qatil tapança ilə öz qurbanını dəlik-deşik edib və axırda da onun başına bir güllə sıxıb

BAKI, 22 dek — Sputnik. Lənkəran və Masallı rayonlarında qalmaqallı cinayət hadisələri baş verir. Belə ki, Elçin Piterski ("Piter Elçin") adı ilə məşhur olan "kriminal avtoritet" Elçin İsmayılovun düşmənləri, onun nəslindəki bütün kişiləri məhv etməyi qarşıya məqsəd qoyublar.

Həmzət Qastamirov, Şeyx Həmzət (fotoda ortada)
© Photo : Şəxsi arxiv

Ötən gün, 43 yaşlı Elçin İsmayılov ikinci qardaşını itirib. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, indi növbə "kriminal avtoritet"in özünündür.

Masallı rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, Elçin İsmaylovun qardaşını qətlə yetirməkdə ittiham edilən şəxs saxlanılıb. Həmin şəxsin Lənkəran rayon sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə olduğu bildirilir.

Qətl hadisəsi bu həftənin 3-cü günü Masallı rayonunun Türkoba kəndində baş verib. Cinayətin qurbanı, Rusiya vətəndaşı, əslən Lənkəran rayonunun Boladi kəndindən olan, 1979-cu il təvəllüdlü İsmayılov Fariz Maşallah oğludur. Qatil səsboğucu ilə təchiz edilmiş avtomatik tapança ilə İsmayılovu, rəsmən dəlik-deşik edib. Axırda da qatil qurbanın öldüyünə əmin olmaq üçün onun başına bir güllə sıxıb.

Ehtimal var ki, qatil onu xeyli müddət güdüb və Masallıda yaxalayıb. Quluzadə cinayətdən sonra Lənkəran Polis İdarəsinə gedib. Orada etiraf edib ki, İsrail istehsalı olan "UZİ" markalı avtomat tapança ilə adam öldürüb. Tapança isə hazırda polis idarəsinin həyətindəki maşındadır.

Quluzadə silahı və 7 ədəd gülləni polisə təhvil verib. Məlumata görə, sözügedən silah Azərbaycana qaçaq yollarla gətirilib. Hadisənin törədildiyi yerə baxış zamanı 25 ədəd giliz aşkarlanaraq götürülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, İsmayılovun qətli qan davasının nəticəsi olub. Belə ki, bu il iyunun 20-də Sankt-Peterburqdakı Sofiya tərəvəz bazasında Elçin İsmayılovun digər qardaşı — tərəvəz mağazalarının sahibi Maarif İsmayılov öldürülüb. Ticarətçilər 27 yaşlı killer Emil Hüseynovu saxlayıblar. Az qala, onu parçalayacaqdılar ki, hadisə yerinə polis gəlib və gənc qatili ölümdən xilas edib.

Hər şey dörd il əvvəl, Elçin İsmayılovun Rusiyada Məzahim Daşdəmir oğlu Quluzadənin oğlunun qətlini sifariş etməsindən başlayıb. Mərhum, ötən gün Fariz İsmayılovu qətlə yetirən Muraq Quluzadənin əmisi oğlu olub. İsmayılovlarla Quluzadələr arasındakı münaqişə tərəvəz bazaları sahəsinə nəzarət və pul gəlirlərinin bölüşdürülməsi üstündə başlayıb. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

2447
Teqlər:
qatil, avtoritet, kriminal, Elçin İsmaylov, qətl, cinayət, Masallı, Lənkəran
Əlaqədar
Bakıda "kriminal avtoritet"lər arasında atışma olub
Azərbaycanda böyük kriminal kataklizmlər təhlükəsi
Qadınlarla bağlı kriminal xəbərləri yaymalı, yoxsa yaymamalı?!
Lənkəranskinin qətlində şübhəli bilinən şəxslə bağlı qərar verildi
Qaz idarəsinin işçisini qətlə yetirdilər
Təcili tibbi yardım avtomobilləri

Prokuror köməkçisi qəfildən ölüb

13
(Yenilənib 18:55 16.05.2021)
E.Məmmədov bir neçə müddət öncə ürəyindən müalicə alıb. Aprelin 20-dən mayın 7-dək səhhətinə görə məzuniyyətdə olub.

 

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Azərbaycanda prokurorluğun işçisi qəflətən dünyasını dəyişib.

Qusar rayon prokurorunun köməkçisi dünən gecə dünyasını dəyişib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü  Elşən Məmmədov ürəktutmadan vəfat edib.

E.Məmmədov bir neçə müddət öncə ürəyindən müalicə alıb. Aprelin 20-dən mayın 7-dək səhhətinə görə məzuniyyətdə olub. Bir həftə öncə işə çıxanda özünü təkrar pis hiss edib və evə qayıdıb. Dünən gecə saat 00.30-da Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsindəki evində ürəktutmadan vəfat edib.

Eləcə də oxuyun: 

Heydər Əliyevin sabiq müşaviri vəfat edib

Bir günah sənindir, bir günah mənim... Musa Yaqubu da itirdik

İcra başçısının ailəsindən bağ evindəki ölümlə bağlı açıqlama - YENİ TƏFƏRRÜAT

 

 

13
Teqlər:
Quba, vəfat, köməkçi, prokuror
Lənkəranda qəzanın baş verdiyi yer

Lənkəranda ağır qəza: maşınları doğrayıb, adamları çıxardılar - FOTO

65
(Yenilənib 17:57 16.05.2021)
Lənkəranda 3 avtomobil toqquşub, xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Günorta saatlarında Lənkəran şəhəri, Ləvəngi dairəsi adlanan ərazidə zəncirvari qəza baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə yol kənarında dayanan eyni markalı avtomobillə, daha sonra isə "Mercedes Sprinter" markalı mikroavtobusla toqquşub.

Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan birinin vəziyyəti ağırdır. Xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

  • Lənkəranda qəzanın baş verdiyi yer
    © Sputnik / Rahim Murad
  • Lənkəranda qəzanın baş verdiyi yer
    © Sputnik / Rahim Murad
  • Lənkəranda xəstəxana
    © Sputnik / Rahim Murad
  • Lənkəranda qəzanın baş verdiyi yer
    © Sputnik / Rahim Murad
1 / 4
© Sputnik / Rahim Murad
Lənkəranda qəzanın baş verdiyi yer

Qeyd edək ki, hadisə nəticəsində avtomobildə sıxışıb qalmış sərnişinləri FHN-in xilasediciləri xüsusi qurğular vasitəsilə çıxarıblar.

Baş verən qəza hadisəsi araşdırılır.

Eləcə də oxuyun: 

Paytaxtın Heydər Əliyev prospektində qəza olub, yolda sıxlıq yaranıb

Bakıda sürücü altı maşını birdən əzdi, yaralı var

Mikroavtobus evakuatorla toqquşub, ölən var - FOTO

 

65
Teqlər:
yaralılar, zəncirvari qəza, "VAZ-2107", Lənkəran, qəza
Uşaq bağçası

İyirmi dörd nəfərin valideyn olmaq arzusu baş tutmadı

0
Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

BAKI, 16 may — Sputnik. Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-si valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-si isə müəssisədən övladlığagötürmə üzrədir. Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

0
Teqlər:
qız, oğlan, Övladlığa götürmə