Zaqatala Mərkəzi Rayon Xəstəxanası

Azərbaycanlı gəncin düzəltdiyi partlayıcı qurğu əlində partladı

991
(Yenilənib 17:22 21.12.2016)
Onun sol əli üzərində cərrahiyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 dek — Sputnik. Zaqatalada 25 yaşlı oğlanın, bədbəxt hadisə nəticəsində əl barmaqları amputasiya olunub. Sputnik-in bölgə müxbiri xəbər verir ki, hadisə Qax rayonunun Zəyəm kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Nurlan İbrahim oğlu İsayev yaşadığı ünvanda, yeni il şənliyində istifadə etmək üçün, el arasında "pojik" kimi tanınan partlayıcı qurğu düzəldib. O, düzəltdiyi partlayıcı qurğunun necə işlədiyini yoxlayan zaman, qurğu elə əlindəcə partlayıb.

Nəticədə Nurlan İsayevin sol əlinin barmaqları ciddi xəsarət alıb. O, Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İsayevin sol əli üzərində cərrahiyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub.

Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Nurlan İsayevin vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

991
Teqlər:
amputasiya, barmaq, partlayıcı qurğu, oğlan, Zaqatala, partlayış, gənc
Əlaqədar
Türkiyədəki partlayış kameralara belə düşdü
Terrorçular Bakı-İstanbul avtobusunu partlatmaq istəyiblər
Bağdadda bir neçə partlayış baş verib
Göyçayda mənzildə partlayış baş verib, bir nəfər dünyasını dəyişib
Çingiz Rəsulzadə, arxiv şəkli

Azərbaycanlı rejissor bağ evində vəfat edib

944
(Yenilənib 14:57 22.06.2021)
İcraçı direktorun sözlərinə görə, mərhum bağ evlərində tək evində yaşayırmış. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. O, Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcəyini deyib.

BAKI, 22 iyun — Sputnik. Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a "ButaFilm"in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib. İcraçı direktorun sözlərinə görə, mərhum bağ evlərində tək evində yaşayırmış. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.

O, Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcəyini deyib.

Məlumat üçün bildirək ki, Ç.Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan "Həyat haqqında mimlər" (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq" (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci" qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar" (2009) filminin quruluşçu rejissorudur.

944
Bakıda tozlu hava, arxiv şəkli

Havada toz dumanı qədər vaxta qədər davam edəcək? Rəsmi

9
(Yenilənib 13:48 22.06.2021)
Artıq üçüncü gündür ki, havada toz dumanı müşahidə olunur. Bu havanın həftə sonuna qədər davam edəcəyi açıqlanıb.

BAKI, 22 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb.

Qeyd edək ki, iyunun 20-i səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidməti belə tozlu havanın iki gün ərzində davam edəcəyinin gözlənildiyini açıqlamışdı.

9
Antoniu Quterreş, arxiv şəkli

İnternetsizlik Quterreşi narahat edib

0
(Yenilənib 12:27 23.06.2021)
Bir çox hökumətlər dövlət xidmətlərinin əhəmiyyətli hissəsini onlayn şəkildə təmin etsə də, digərləri çətinliklərlə üzləşdi. Rəqəmsal bərabərsizlik qlobal səviyyədə özünü göstərdi.

BAKI, 23 iyun — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 23 iyun Dövlət Xidməti Günü ilə əlaqədar müraciət yayıb.

Sputnik Azərbaycan müraciəti təqdim edir:

"BMT-nin Dövlət Xidməti Günü cəmiyyətlərdə rifahı təmin etmək işinə özlərini həsr etmiş yüz milyonlarla dövlət qulluqçusunun əməyini dəyərləndirir. Dünya COVID-19 pandemiyasının dağıdıcı təsirləri ilə üzləşdiyi bir vaxt onların işi hər zamankından daha əhəmiyyətlidir. Bu il Dövlət Xidməti Gününün mövzusu dövlət xidmətlərində rəqəmsal yeniliklərə həsr olunub.

Pandemiyanın yaratdığı çətinliklərə və həyati təhlükələrə baxmayaraq, dövlət qulluqçuları evdən çalışmaqla, onlayn dərslər keçməklə, distant tibbi xidmətlər göstərməklə bütün sahələrdə xidmətləri davam etdirmək üçün rəqəmsal texnologiyaları səfərbər ediblər.

Bir çox hökumətlər dövlət xidmətlərinin əhəmiyyətli hissəsini onlayn şəkildə təmin etsə də, digərləri çətinliklərlə üzləşdi. Rəqəmsal bərabərsizlik qlobal səviyyədə özünü göstərdi. Bir çox insanın etibarlı genişzolaqlı internetə çıxışı yoxdur. Əksəriyyəti rəqəmsal texnologiyaların səmərəli istifadəsində maneələrlə üzləşir və ya distant dövlət xidmətlərindən effektiv şəkildə yararlanmaq üçün lazımi bacarıqlara sahib deyil.

Dövlət xidmətlərinin təminatı rəqəmsallaşdıqca, dövlət qulluqçularının da müvafiq bacarıqlara malik olmasını təmin etməliyik. Əlilliyi olan və digər təcrid olunmuş qruplar da daxil olmaqla hər kəsin onlayn xidmətlərdən istifadə edə bilmələrini təmin etməliyik. Heç kim offlayn qalmadığı təqdirdə Dayanıqlı İnkişaf Məqsədlərinə tam nail ola biləcəyik.

Dövlət Xidməti Gününü qeyd edərkən, gəlin, onlayn və offlayn şəkildə dövlət qulluqçularımızın əməyini yüksək qiymətləndirək, dəstəkləyək və onların fəaliyyətinə sərmayə yatıraq. Elə edək ki, dövlət qulluqçularımız xidmətlərini həyata keçirmək üçün daha çox imkanlar əldə etsinlər".

0