Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Komissiya sədri dünyasını dəyişib

© Photo : PUBLİC DOMAİNArif Mehdiyev, arxiv şəkli
Arif Mehdiyev, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumla vida mərasiminin harada keçiriləcəyi və harada dəfn olunacağı dəqiqləşdirilir

BAKI, 19 dek — Sputnik. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyev vəfat edib. Mərhumun ailəsindən Qafqazinfo-ya verilən məlumata görə, A. Mehdiyev uzun sürən xəstəlikdən sonra bu gün günorta saatlarında dünyasını dəyişib.

Akademikin xəstəliyi açıqlanmayıb. Onunla vida mərasiminin harada keçiriləcəyi və harada dəfn olunacağı dəqiqləşdirilir.

Qeyd edək ki, A. Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olub. Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. O 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.

Allah rəhmət eləsin!

Xəbər lenti
0