Qax rayonunun Qaratala kəndi

Bu kəndin əhalisi hökumətdən silah istəyir

6047
(Yenilənib 11:19 19.12.2016)
Azərbaycanda canavar sürüsü mal-qaraya basqın edib, tələfat var

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 dek — Sputnik. Qax rayonunda canavar sürüsü Qaratala kənd sakini Həmzət Abbasova məxsus iribuynuzlu heyvanlara hücum edib. Abbasovun Sputnik-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə dünən günorta saatlarında baş verib.

"Öz şəxsi mal-qaramı yaxınlıqdakı otlaqda otararkən canavar sürüsü heyvanlara hücum etdi. İnəklərin ikisini yaralayıb, bir ana inəyi də tamamilə tələf etdi", — kənd sakini bildirib.

  • Canavarların parçaladığı inəyin qalıqları
    Canavarların parçaladığı inəyin qalıqları
    © Sputnik / Shahperi Abbasova
  • Canavarların parçaladığı inəyin qalıqları
    Canavarların parçaladığı inəyin qalıqları
    © Sputnik / Shahperi Abbasova
  • Canavarların parçaladığı inəyin qalıqları
    Canavarların parçaladığı inəyin qalıqları
    © Sputnik / Shahperi Abbasova
  • Canavarların parçaladığı inəyin qalıqları
    Canavarların parçaladığı inəyin qalıqları
    © Sputnik / Shahperi Abbasova
  • Canavarların parçaladığı inəyin qalıqları
    Canavarların parçaladığı inəyin qalıqları
    © Sputnik / Shahperi Abbasova
  • Canavarların parçaladığı inəyin qalıqları
    Canavarların parçaladığı inəyin qalıqları
    © Sputnik / Shahperi Abbasova
  • Canavarların parçaladığı inəyin qalıqları
    Canavarların parçaladığı inəyin qalıqları
    © Sputnik / Shahperi Abbasova
  • Canavarların parçaladığı inəyin qalıqları
    Canavarların parçaladığı inəyin qalıqları
    © Sputnik / Shahperi Abbasova
1 / 8
© Sputnik / Shahperi Abbasova
Canavarların parçaladığı inəyin qalıqları

Dediyinə görə, həmin vaxt özü hadisə yerində olsa da, canavarların öhdəsindən gələ bilməyib: "Çünki əlimdə heç bir silah yox idi. Silah saxlamağa da icazə verilmir. Buna görə də bölgəmizdə canavarlar həddindən artıq çoxalıb".

"İribuynuzlu və xırdabuynuzlu mal-qaradan başqa, insanlar üçün də bu, çox təhlükəli haldır. Çaqqallar da həyətlərdən toyuq-cücəni aparır. Bu da kənd əhalisinə, kənd fermerlərinə həddindən artıq maddi ziyan vurur. Bunun qarşısını almaq üçün ən yaxşı tədbir budur ki, atıcılıq qabiliyyəti olan əhaliyə silah verilsin. Bu, canavar və çaqqalların hücumlarının qarşısını alacaq, sayını azaldacaq", — H. Abbasov vurğulayıb.

O, hazırda kənd əhalisində silah olmadığını qeyd edib: "Doğrudur, bu heyvanların kökünü kəsməyi biz bacarmarıq. Qanunən düzgün deyil. Ancaq bu heyvanların sayı azaldılmalıdır. Belə getsə, kəndlərdə mal-qara saxlamaq mümkün olmayacaq".

6047
Teqlər:
Qaratala, canavar, Həmzət Abbasov, Qax, heyvan, hücum, silah
Əlaqədar
"Muravey"ə hücum edən canavarları odunla qovdu
O canavar necə doğuldu?
Canavarlar 150 il sonra Avropaya qayıdıblar
Canavarlar
Canavarlar Şəkiyə hücum etdilər
Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova, arxiv şəkli

Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib

6
(Yenilənib 11:37 30.11.2020)
Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr etmişdi

BAKI, 30 noyabr — Sputnik. İqor Moiseyev Dövlət Ansamblının keçmiş solisti, dünya şöhrətli sənətkar Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova Bakıda vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Muzey Mərkəzinin direktoru, Rəssamlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçısı Liana Vəzirova özünün "facebook" səhifəsində deyib.

Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr etmişdi.

Qeyd edək ki, bu gün ali dövlət ordenləri və beynəlxalq mükafatların sahibi, iki dəfə Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ və Rusiya Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycan, Rusiya, SSRİ Xalq rəssamı Tahir Salahov ad gününü qeyd edir, onun 91 yaşı tamam oldu.

6
Teqlər:
həyat yoldaşı, Vəfat, xalq rəssamı
Xilasedici, arxiv şəkli

Bakıda iki uşaq suvarma hovuzunda boğuldu

25
(Yenilənib 20:21 29.11.2020)
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2 uşağın meyitini su hovuzundan çıxarıb

BAKI, 29 noyabr - Sputnik. Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

25
Bakıda uşaqlar, arxiv şəkli

"Beşik kəsdi", "qoy qazancımız özümüzünkünə qismət olsun" anlayışları sağlam nəsilə qarşı

9
Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. "Qohumlar arasında bağlanan nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, qeyd edib ki, bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.

Azərbaycanda qohum evlilikləri tarix boyu olub. Ailə bağlarını möhkəmləndirmək, hər iki ailəyə aid var-dövlətin itirilməməsi və ya gücləndirilməsi, böyüklərin təzyiqi və ya sevgi halları qohum evliliklərinə səbəb olur.

Sosioloq Tərlan Tağlyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə nikahların bağlanılması çox vaxt fəsadlarla nəticələnir. 1-ci və 2-ci dərəcəli qohumlar daha risklidir: "Bacı-qardaş, bacı-bacı, qardaş-qardaş uşaqları 1-ci dərəcəli, bacı-qardaş nəvələri isə 2-ci dərəcəli qohum sayılırlar. Məsləhət görülürki 4-cü nəsilə kimi qohum evlilikləri olmasın. Artıq 7-ci nəsil yad insanlar sayılır. Çünki 7-ci nəsilə kimi qohumlar arasında nikah halları olmayıbsa artıq gen dəyişmiş olur".

Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir. Gen ağacı qurub xəstəliklərə nəzər salsaq və genetik xəstəliklərin olduğunu və yaxud belə xəstəliklərin daşıyıcısı olan qohumları və tərəfləri aşkarlasaq, bu zaman ehtimal daha da çoxalır.

"Xromosom çatışmamazlığı, əzələ boşluğu, əqli çatışmamazlıq, talassemiya, hemofiliya, şəkər, ürək-damar və s kimi xəstəliklərlə uşaqlar dünyaya gələ bilir. Adətən belə durumlarda uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşağın az çəki ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Uşaq sağlam da dünyaya gələ bilər, lakin sonradan fəsadlar ortaya çıxa bilir. Təbii ki, bu hallar bütün qohum evliliklərinə aid deyil. Bunun üçün nəsildə genetik xəsdəliklərin olmadığından əmin olmaq lazımdır. Mütləq şəkildə evlənməyə qərar vermiş şəxslər tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin nəticələri müsbət deyilsə onların evlənmələri məsləhət görülmür. Belə evliliklərin qarşısını almağa çalışsaq da qeyri rəsmi, nikahsız yaşayanların sayı artacaq", - deyə o bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin 12%-ni qüsurlular təşkil edir. Belə əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Xarici ölkələrə nəzər salsaq görürük ki, qohum evliliyini dəstəkləyən və dəstəkləməyən ölkələr var.

Məsələn, Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvədədir.

Katoliklər 4-cü nəslədək qohumların nikahlarına imkan vermirlər. Onlara görə 4-cü nəslə qədər evlilik insest (yəni ailədaxili yaxınlıq) sayılır.

Türkiyə şərq ölkələri arasında daha çox qohum evlilikləri olan ölkələrdə ön sıradadır. Bu ölkədə hər 100 evlilikdən 15-i qohumlar arasında olur.

Danimarka isə əngəlli uşaqların doğulmasının qarşısını almaq üçün qanunların sərtləşdirilməsini təklif edib. ABŞ-ın 24 ştatında qohum evliliyi qadağan olunub. Hindistanda isə bu hal daha geniş yayılıb. Almaniyada belə hallara az rast gəlinir.

T. Tağıyeva bildirib ki, araşdırmalar göstərir ki, yaxın qohum evliliyindən doğulan hər 10 uşaqdan 8-i fiziki və yaxud zehni əngəlli anadan olur: "Hal belə olan zaman belə bir sual ortaya çıxır. Bəs dini baxışlara görə qohum evliliklərinə yanaşma necədir? Quranda qohum evlilikləri qadağan edilməyib. Lakin məsləhət görülür ki, sağlam övladlar dünyaya gətirmək üçün bu cür evliliklərə üstünlük verilməsin. Qohum evliliklərinin müsbət tərəfləri də vardır. Məsələn, ailədə olan istedadların belə nikahlardan dünyaya gələn uşaqlarda daha güclu olmasıdır. Bunlara güclü yaddaş, savad, incəsənətə dair isdedadlar, əl qabiliyyətinin olması və digərlərini aid etmək olar".

Sosioloqun fikrincə, qohum evlilikləri mövzusunda məqalələr daha çox tibbi cəhətdən araşdırılıb və onun mənfi tərəfləri vurğulanıb.

"Düzdür, öncə biz tibbi tərəfləri araşdırmalıyıq. Lakin unutmayaq ki, evlilikdə tibbi məsələlər ilə yanaşı sosial məsələlərə də diqqət etməliyik. Belə ki, çox vaxt qohum evliliklərində problemlər yaşanmağa başlayır. Tərəflər bir-birlərini iki bacı, iki qardaş kimi yox artıq iki quda kimi görməyə başlayır. Ailədə hər hansısa bir problem yaşandığında və ya boşanma halları olduğunda artıq o iki ailə düşmənə çevrilir. Bu hal öz növbəsində digər ailə üzvlərinə də təsir edir. Beləcə bir nəsil arasında soyuqluq və daim münaqişə yaşanır. Düşünürəm ki, məcbur qalmadıqca qohum evliliklərinə üstünlük verməməliyik. Düzdür, gənclər arasında sevgi münasibətləri halları da olur. Lakin gənclərin öz razılıqlarından əlavə valideyinlərin təkidləri nəticəsində də belə nikahların sayı çoxdur", - deyə ekspert bildirib.

Qeyd edək ki, müasir dövrdə yaşasaq da beşik kəsdi (kərtməsi) kimi adət-ənənələr hələ də bəzi bölgələrdə qalmaqdadır. Azərbaycanda da qohum evliliklərinə çox rast gəlinir. Lakin illər keçdikcə bu tip stereotiplər qırılmağa başlayacaq və gənclər böyüklərin beşik kərtməsi, siyasi-iqtisadi maraqlarına görə deyil, öz istəklərinə görə ailə həyatı quracaqlar və qurmaqdadırlar.

9
Teqlər:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bahar Muradova, talassemiya, uşaqlar, irsi xəstəlik, ailə, Boşanma, Evlilik