Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nardaranda gizli silah-sursat aşkarlandı

Abunə olmaq
Torpağa basdırılmış əl qumbarası basdırdığı və digər silah-sursat polis tərəfindən götürülüb

BAKI, 17 dek — Sputnik. Nardaran qəsəbə sakininin torpaqda silah-sursat basdırdığı müəyyən edilib və həmin silah-sursat aşkarlanaraq götürülüb. Bu barədə Sputnik-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, noyabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmama) ilə 30 gün müddətində inzibati həbs olunmuş, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Fail Şahbazovun ətrafında, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Bu zaman onun, qəsəbə ərazisində, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası basdırdığı müəyyən edilib və həmin silah-sursat torpaqdan çıxarılaraq götürülüb.

Xəbər lenti
0