Kəndirlə bağlanmış əllər, arxiv şəkli

Gəncə sakini ərəb biznesmeni oğurlamaq istədi

161
Saxlanılan vaxt onun üzərindən imkanlı şəxslərin siyahısı tapılıb

BAKI, 16 dek — Sputnik. Rusiyanın Novosibirsk şəhərində bir ərəbi qaçırmağı planlaşdıran şəxs, sən demə 51 yaşlı Gəncə sakini Şakir Əliyev imiş. Bu barədə Sputnik-ə Novosibirsk şəhərində fəaliyyət göstərən yerli Azərbaycan Milli Mədəni Muxtariyyətinin prezidenti Rasim Babayev məlumat verib.

Ötən gün Novosibirsk vilayətinin İstintaq Komitəsi, əvvəllər məhkum edilmiş, cinayətdə şübhəli bilinən, 51 yaşlı Azərbaycan vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 3.30 və 2.126 maddələri (bir qrup şəxsin tamah məqsədilə adam oğurlanmağa cəhd etməsi) ilə cinayət işi açıldığı barədə məlumat yayıb. İstintaq orqanlarının versiyasına görə, şübhəli şəxs maddi çətinliklər, çoxlu borcu olması səbəbindən, oyuncaq avtomatın köməyi ilə, yaxşı imkanının olduğunu bildiyi, özünün keçmiş işəgötürəni, 34 yaşlı Novosibirsk sakini, ərəb biznesmeni oğurlamaq qərarına gəlib.

Şübhəli şəxs planını həyata keçirmək üçün öz tanışlarından birinə zəng edib ki, ona cinayəti həyata keçirmək üçün ortaqlar tapsın. Lakin tanışı yoldaşının cinayət törətmək xahişi ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verib.

Daha sonra "operativ eksperiment" çərçivəsində rola girən polis əməkdaşları adam oğurluğunu səhnələşdiriblər. Qurbanı əvvəlcədən kirayələdikləri Novosibirskin Lenin rayonunda yerləşən mənzilə gətiriblər və şübhəli şəxsə zəng edərək "sifariş"i icra etmək üçün onu hadisə yerinə çağırıblar. Bundan sonra oğurluğu planlaşdıran şübhəli şəxs hadisə yerinə gəlib və polis əməkdaşları tərəfindən saxlanılıb.

Babayevin sözlərinə görə, şübhəli şəxs qismində saxlanılan Azərbaycan vətəndaşı artıq bilir ki, o, adam oğurluğu ilə kapital əldə etməyə cəhd edən "uğursuz biznesmen"dir. "Üç-dörd il əvvəl Novosibirskdə biznesmenin oğurlanması hadisəsi baş vermişdi. Onda cinayət iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmişdilər" — deyə Babayev bildirib.

Azərbaycan diasporunun digər nümayəndəsinin verdiyi məlumata görə, Şakir Əliyev saxlanılan vaxt, hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərində Novosibirskin imkanlı şəxslərinin siyahısı olan kağızı aşkarlayıblar. Bununla əlaqədar olaraq istintaq müəyyən edib ki, Əliyev və onun ortaqları bu siyahıdakı şəxsləri oğurluğun qurbanı kimi seçiblər. Potensial qurbanlar arasında Novosibirskdə meyvə-tərəvəz bazarının sahibi olan ərəb əsilli Türkiyə vətəndaşının da adı varmış.

161
Teqlər:
Rasim Babayev, Şakir Əliyev, Novosibirsk, biznesmen, oğurluq, ərəb, Gəncə, Rusiya, azərbaycanlı
Əlaqədar
Oğruluğa girdikləri evdə pis sürprizlə qarşılaşdılar
İstintaq orqanı ilə "oğru dünyası" arasındakı əlaqə ölkəni silkələyib
Kabel oğrusu yaxalandı
Bakılı "qanuni oğru"nun "adı" əlindən alındı
Məşhur "qanuni oğru"ların ətrafında genişmiqyaslı əməliyyat
 Azərbaycan hərbçisi, arxiv şəkli

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli həlak olub

75
(Yenilənib 19:27 23.11.2020)
Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

BAKI, 23 noyabr — Sputnik. Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub.

APA-nın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.

Allah rəhmət eləsin!

75
Teqlər:
polkovnik, şəhid, mina
Polis əməkdaşı, arxiv şəkli

Polisə müqavimət göstərən şəxs saxlanılıb

11
(Yenilənib 15:47 23.11.2020)
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 22-də saat 18 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Goranboy rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Goranboy rayonu ərazisində oğurluqla əlaqədar daxil olmuş operativ məlumat əsasında Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Emin Şirinov və həmin bölmənin əməliyyat müvəkkili Elgün Teymurzadə hadisə yerinə çıxmaqla xidməti vəzifələrini icra edərkən rayon sakini Bevdalı Alışanovun onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Bevdalı Alışanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.  Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

11
Teqlər:
Goranboy, müqavimət, oğurluq, sakin, polis
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

10
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

10
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması