Бахтияр Байрамов сжег свой автомобиль

Qarabağ əlili avtomobilini niyə yandırdı - təfərrüatlar bizdə

383
(Yenilənib 19:14 14.12.2016)
Qax polisi əlilin niyə öz avtomobilini yandırdığına aydınlıq gətirib

BAKI, 14 dek — Sputnik. Qarabağ müharibəsi əlili Bəxtiyar Bayramov niyə öz avtomobilini yandırmasına Qax rayon Polis İdarəsi aydınlıq gətirib. Qax rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, Bayramov yol hərəkəti qaydalarını pozub və o, AR İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1 və 332.4-cü maddələri ilə 400 manat məbləğində cərimə edilib. 

"Avtomobil sahibi 3 ay müddətində cəriməni ödəyə bilməyib və onunla bağlı İXM-nın 529.3-cu maddəsi ilə inzibati protokol tərtib edilərək Qax rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Bayramov sürücülük hüququndan məhrum edilib. Nəticədə məhkəmənin qərarından qəzəblənən Bayramov öz maşınına benzin tökərək ona od vurub", — deyə polis bildirib.

Qeyd edək ki, "Facebook" sosial şəbəkəsində Bayramovun etiraz əlaməti olaraq öz maşınını yandırması ilə bağlı video yayılıb. Şayiələrə görə, bu yolla Qarabağ müharibəsi əlili ona cərimə yazan Qax rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Ayaz Məmmədova öz etirazını bildirib.

Lakin Qax RPİ-dən bildirilib ki, yol polisi rəisinin bu məsələ ilə bir əlaqəsi yoxdur: "Bayramov öz avtomobilini məhkəmənin qərarına etiraz olaraq yandırıb. Ona cəriməni Ayaz Məmmədov yazmayıb".

Polis, həmçinin əlavə edib ki, baş vermiş hadisə ilə əlaqədar Bayramov artıq ərizə yazıb və bildirib ki, onun heç kəsə qarşı iradı yoxdur. Bayramov dörd uşaq böyüdür və yandırdığı bu avtomobillə yük daşıyaraq, ya da taksi xidməti göstərərək çörəkpulu qazanırmış. O, bu yolla uşaqlarını dolandırıb. Buna görə də, aydındır ki, çoxuşaqlı atanı çörəkpulu qazandığı bu vasitəni yandırmağa vadar edən səbəb maddi imkansızlıqdır.

383
Teqlər:
yandırdı, Bəxtiyar Bayramov, Qarabağ müharibəsi əlili, Qax, şikayət, polis, avtomobil
Əlaqədar
Arvadı və oğlu kişini yandırıb, külünü çaya tökdülər
Dolların necə yandırıldığının görüntüləri ortaya çıxdı
"Cadugər" qadını diri-diri yandırdılar
Ölüləri yandırmaq vacib deyil, yoluxucu xəstəlik daşıyıcısı olsalar belə...
Məscidi yandırmaq istəyən şəxs həbs olunub
Gəncədə ana qızını diri-diri yandırdı
Xilasedici, arxiv şəkli

Bakıda iki uşaq suvarma hovuzunda boğuldu

22
(Yenilənib 20:21 29.11.2020)
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2 uşağın meyitini su hovuzundan çıxarıb

BAKI, 29 noyabr - Sputnik. Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

22
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

25
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

25
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona