Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Atların başını kəsdiyi yerdə yaxalandı

© Sputnik / Саид Царнаев / Mediabanka keçidAt ferması
At ferması - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayıllı rayonunda qanunsuz at kəsimi ilə məşğul olan şəxs aşkar edilib

BAKI, 14 dek — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir. Qurumun mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 2016-ci il dekabrın 14-də DBNX-nin İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilib.

At. Arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan Moldovaya at əti ixrac edəcək

Reyd nəticəsində İsmayıllı rayon Qubaxəlilli kənd sakini, 1967-ci il təvəllüdlü Həsənov Saleh Əmirxan oğlu gizlin şəkildə, qanunsuz olaraq Qubaxəlilli kəndinin qışlağında 3 baş atı kəsərkən aşkar edilib. Araşdırma zamanı atların mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığı, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, gizlin şəkildə və antisanitar şəraitdə kəsildiyi müəyyən edilib.

Qeyd olunur ki, kəsilmiş at cəmdəklərinin çəkisi 210 kq miqdarında olub. Antisanitar şəraitdə kəsilərkən aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

"Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək", — DBNX bəyan edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Xəbər lenti
0