Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabiq ikinci ər qadını üçüncüyə qısqandı və...

CC0 / markusspiske / knifeBıçaqlı qətl
Bıçaqlı qətl - Sputnik Azərbaycan
Abunə olmaq
İki dəfə ərə getməyə və məhkəmə qaydasında boşanmağa macal tapmış qadın qətlə yetirildi

BAKI, 13 dek — Sputnik. Masallı rayonunda gənc qadını qətlə yetirməkdə təqsirli bilinən kişi saxlanılıb. Bu barədə Sputnik-ə Masallı rayon Polis İdarəsindən məlumat verilib.

Dekabrın 12-si axşam saatlarında Masallıda ürəyinə bıçaq zərbəsi endirilərək qətlə yetirilmiş, 22 yaşlı Hüseynova Roza Novruz qızının cəsədi aşkarlanıb. İstintaq-əməliyyat qrupunun apardığı araşdırma nəticəsində qətlin izinə düşmək mümkün olub. Qətldə şübhəli bilinən şəxs 1975-ci il təvəllüdlü, Salyan rayon sakini Muradov İbrahim Paşa oğlu olub.

Gəncədə ər keçmiş arvadını qətlə yetirib - Sputnik Azərbaycan
HADİSƏ
Keçmiş arvadını qətlə yetirdi, baldızını isə yaraladı

Dindirilmə zamanı saxlanılmış şəxs qətli törətdiyini etiraf edib və bildirib ki, Hüseynovanın ikinci əridir. Gənc yaşlarda olmasına baxmayaraq, Hüseynova 2 dəfə ərə getməyə və məhkəmə qaydasında boşanmağa macal tapıb. Qadın iki azyaşlı uşaq böyüdürmüş.

Məlum olub ki, Hüseynova əvvəllər Salyan rayonunda yaşayıb. Lakin "nümunəvi ər və ailə adamı" olan Muradovla boşandıqdan sonra, mebel dükanında satıcı işlədiyi Masallı rayonuna köçüb.

Muradovun sözlərinə görə, sabiq həyat yoldaşı kişilərlə görüşməyə başlayıb və o da bunu dəhşətli dərəcədə qısqanıb. Muradov Hüseynovanın işlədiyi mebel mağazasını güdüb və qurbanı işdən çıxan vaxt ona yaxınlaşıb və qadını qətlə yetirib.

Hazırda faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Xəbər lenti
0