Qapıçı Emil Balayev

"Qarabağ"ın qapıçısı ağır qəza törətdi: ölən yaralanan var

101
(Yenilənib 11:31 08.12.2016)
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır

BAKI, 8 dek — Sputnik. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik apasport-a istinadən xəbər verir ki, qəza "Qarabağ" futbol klubunun qapıçısı Emil Balayevin başına gəlib.

Belə ki, Əmircan qəsəbəsində Balayevin idarə etdiyi "BMW X5" markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobillə "Mercedes 180" markalı, 10 RB 542 avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı və onun qucağında olan 2016-cı il təvəllüdlü oğlu Xalid Bağırov xəsarət alıblar. X. Bağırov xəstəxanaya aparılarkən ölüb.

Qeyd edək ki, faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

101
Teqlər:
Emil Balayev, "Qarabağ", polis, qəza, avtomobil
Əlaqədar
Məşhur türk aktyor avtomobil qəzasında dünyasını dəyişdi
Yol qəzalarına qarşı profilaktik tədbirlər müzakirə olunacaq
Masazırda ağır qəza oldu, ölən var
Sərxoş sürücülər ucbatından 30 yol qəzası baş verib
Yol qəzası yanğınla nəticələndi
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

215
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

215
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

26
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

26
Vaşinqtonda Kapitoliy binasına mənzərə, arxiv şəkli

Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular

0
ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib

BAKI, 28 sentyabr - Sputnik. Sentyabr 27-də Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə həyata keçirildiyi cavab həmlələrini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın 30 ilə yaxındır ki, davam edən işğalçılıq siyasətinin durduğu vurğulanıb və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi bildirilib. Yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

0
Teqlər:
Ceyhun Bayramov, Dövlət Departamenti, ABŞ, Azərbaycan, Ermənistan, cəbhə xətti, ön cəbhə, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün müraciət edəcək
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı