Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Binə" Ticarət Mərkəzini partlatmaq istəyən kamikadze kimdir?

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidAnti-terror əməliyyatı
Anti-terror əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda terror törətmək istəyən kamikadze ilə bağlı müdhiş faktlar ortaya çıxıb

BAKI, 6 dek — Sputnik. Ötən şənbə günü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən zərərsizləşdirilən terrorçu-kamikadze özü ilə birlikdə "Binə" ticarət mərkəzini partlatmaq istəyib. Bu barədə Sputnik-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

МИНИСТЕРСТВО НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ - Sputnik Azərbaycan
Terror aktı törətmək istəyən şəxs məhv edilib

Dekabrın 3-də Sputnik, 1978-ci il təvəllüdlü Emin Əzizağa oğlu Caminin məhv edildiyi barədə məlumat vermişdi. Cami axırıncı dəfə 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunub. Bu ilin əvvəlində Emin Cami azadlığa çıxıb.

Azadlığa çıxandan sonra o, yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına görə əsaslı şübhələr doğurub.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Emin Cami Quba rayon sakinidir və əvvəllər bir neçə dəfə həbs olunub. Ötən dəfə o, Azərbaycan və Dağıstan ərazisində fəaliyyət göstərən "Meşə qardaşları" terror qruplaşmasının üzv olub.

Emin Cami və daha 30 nəfər beynəlxalq terror şəbəkəsi ilə əlaqədə, dövlət sistemini devirməyə cəhdlərdə, həmçinin qanunsuz silahlı birliklər yaratmaqda, soyğunçuluqda, silah və narkotik saxlamaqda günahlandırılıblar. 2010-cu ilin əvvəllərində bu ittihamlarla aşağıdakı şəxslər saxlanılıb: Asif Əmikişili, Rəşid Mustafayev, Faiq Cəfərov, Mahir Allahverdiyev, Firdovsi Quliyev, Vüsal İsayev, Vasif Ömərov, Elməddin Fərəcov, Əlkərəm Məmmədov, Rəşad Nəbiyev, Tural Həsənov, Ceyhun Əliyev, İbadət Alazovi, Amil Xəlilov, Kamran İlyasov, Emil Şıxəliyev, Elnur Qaziyev, Vüqar Abdullayev, Mehdi Kərimov, Elşən Druskar, Namiq Məmmədov, Teymur Axundov, Arif İbrahimov, Elçin Canağayev, Ramil Fərzəliyev, Fuad Mövsümov, Rəşad Mahmudov, Zeynal Əkbərov, Mahir Abdullayev, Emin Cami, Bəxtiyar Mustafayev.

2008-ci ilin payızında prezident seçkiləri ərəfəsində qrup ölkədə ictimai-siyasi sabitliyi pozmaq istəyib. Bu məqsədlə şübhəlilər Bakı-Novorossiysk neft kəmərini partlatmağı və bir sıra başqa terror aktları törətməyi planlaşdırıblar. Amma bu planları baş tutmayıb.

Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli mövzusunda beynəlxalq konfrans - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Son 15 ildə dünyada 57 min terror aktı törədilib"

Qrupa 2009-cu ilin noyabrında Əfqanıstanda öldürülmüş "Abdulla" ləqəbli Azər Misirxanov rəhbərlik edib. Qrupun üzvləri 2008-ci ilin sonları və 2009-cu ilin əvvəllərində saxlanılıblar və istintaqa verdikləri ifadələrində günahlarını etiraf ediblər.

Öz növbəsində, dindirilmə zamanı əldə olunan məlumata görə, təqsirləndirilən şəxslər ekstremist qrupun liderlərindən biri, "Süleyman" ləqəbli Samir Mehdiyevin ölkə sərhədlərini tərk etməsinə köməklik göstəriblər. O, 17 avqust 2008-ci ildə Bakıdakı "Əbu-Bəkr" məscidində terror aktı törətməkdə günahlandırılıb və Pakistanda həbs edilib.

Cinayətkar qruplaşmanın bütün üzvləri uzun müddətə azadlıqdan məhrum ediliblər. Cami 5 ilə qədər dəmir barmaqlıqlar arxasında oturub. Amma azad edilən kimi, yenidən radikal islamçılara qoşulub. Bu il dekabrın 3-də Cami "şəhid kəməri"ni partlatmaq istəyərkən məhv edilib.

Hüquq-mühafizə orqanları radikal islamçıların yenidən Azərbaycanda fəallaşmaq istədiklərini bildirir. Terrorçu-kamikadzelərin köməyi ilə onlar ölkə əhalisi arasında vahimə salmağa cəhd edirlər. Lakin güc strukturları mümkün olan hər şeyi edirlər ki, milli təhlükəsizliyə yaranan təhlükələri aradan qaldırsınlar.

Xəbər lenti
0