Yanğın

Tikinti materiallar bazarında yanğın

22
(Yenilənib 10:45 06.12.2016)
Ümumi sahəsi 276 m2 olan taxta satışı talvarının yanar konstruksiyaları 77 m2 sahədə və talvarın altına yığılmış taxta qırıntıları yanıb

BAKI, 6 dek — Sputnik. Bərdə rayonu, Qasımbəyli kəndində tikinti materiallarının satışı bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 276 m2 olan taxta satışı talvarının yanar konstruksiyaları 77 m2 sahədə və talvarın altına yığılmış taxta qırıntıları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, talvarın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

22
Teqlər:
tikinti materialları, bazar, yanğın, Qasımbəyli, Bərdə
Əlaqədar
Şəkidə yanğın olub
Hacıqabulda "Chevrolet" yandı
250 kvadratmetrlik ev yandı
Bakıda mənzildə yanğın baş verib
O bina niyə yanmalıydı?
Tovuzda ev yanıb
 Azərbaycan hərbçisi, arxiv şəkli

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli həlak olub

70
(Yenilənib 19:27 23.11.2020)
Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

BAKI, 23 noyabr — Sputnik. Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub.

APA-nın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.

Allah rəhmət eləsin!

70
Teqlər:
polkovnik, şəhid, mina
Polis əməkdaşı, arxiv şəkli

Polisə müqavimət göstərən şəxs saxlanılıb

11
(Yenilənib 15:47 23.11.2020)
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 22-də saat 18 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Goranboy rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Goranboy rayonu ərazisində oğurluqla əlaqədar daxil olmuş operativ məlumat əsasında Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Emin Şirinov və həmin bölmənin əməliyyat müvəkkili Elgün Teymurzadə hadisə yerinə çıxmaqla xidməti vəzifələrini icra edərkən rayon sakini Bevdalı Alışanovun onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Bevdalı Alışanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.  Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

11
Teqlər:
Goranboy, müqavimət, oğurluq, sakin, polis
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

0
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

0
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus