Oğru

Oğruluğa girdikləri evdə pis sürprizlə qarşılaşdılar

2505
(Yenilənib 14:46 03.12.2016)
Bu kənddə mal-qara oğurluğu adət halını alıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 dek — Sputnik. Qax rayonunda qəribə oğurluq hadisəsi baş verib. Belə ki, evdə heç kimin olmadığına əmin olan oğrular, rahatlıqla oğurluq hadisəsini planlaşdırıblar. Ancaq istəkləri ürəklərində qalıb. Ev sahibi qəfildən evinə geri dönüb və qapıda dəvətsiz qonaqlarla qarşılaşıb.

Qaxlı oğruların hədəfi qoyunlar olub. Qarabaldır kənd sakini Telman Paşayev tövləyə daxil olarkən, qapıda xırda buynuzlu heyvanları oğurlayaraq aparmaq istəyən iki nəfər nəməlum şəxslə qarşılaşıb. Oğrular ev sahibini gördükdə, xırda heyvanları buraxıb qaçmaq istəyiblər.

Bu zaman Telman Paşayev qonşuları köməyə çağırıb. Hələlik adları açıqlanmayan iki nəfər şəxs kənd sakinləri tərəfindən tutularaq Qax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Hadisə yerinə çağırılmış polis əməkdaşlarının apardıqları ilkin istintaq zamanı məlum olub ki, oğrular kəndə "Hyundai" markalı minik avtomobili ilə gəliblər və onlar maşını kəndin aşağı hissəsindəki qəbiristanlığın yanında saxlayıblar.

Qax RPŞ-dən Sputnik-in bölgə müxbirinə verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır. Sadəcə o fakt məlumdur ki, Qarabaldır kəndində iri və xırdabuynuzlu heyvanların oğurlanması son vaxtlarda adət halını alıb.

Heyvanları oğurlanan kənd sakinləri dəfələrlə oğrunu tutmağa çalışsalar da, buna müvəffəq olmayıblar. RPŞ-yə daxil olan müraciətlər də işə yaramayıb, çünki polis mal-qara oğrularının kimlər olduğunu müəyyən edə bilməyib. RPŞ-nin əməkdaşları əmindirlər ki, Qarabaldır kəndində yaxalanan oğrular əvvəllər də kənddə baş vermiş oğurluq hadisərlərinin izinə düşməkdə onlara kömək edəcək.

2505
Teqlər:
Qarabaldır, oğurluq, Qax, mal-qara, heyvan, ev
Əlaqədar
Bakıda mənzildən 50 min manat oğurladılar
Azərbaycanda tarixi eksponat oğurlanıb
İranda azərbaycanlıların oğurlanmış haqları geri qaytarılır
Rusiya vətəndaşının evindən pul oğurlayan ağdaşlını polis saxlayıb
Paytaxtda külli miqdarda oğurluq
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

19
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

19
Teqlər:
zəlzələ, Xəzər dənizi
Bakıda yağışlı hava, arxiv şəkli

Hava şəraiti yenidən dəyişəcək - Amma bu dəfə...

20
(Yenilənib 13:56 24.11.2020)
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

BAKI, 24 noyabr — Sputnik. Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

20
Masallıda səfərbərlik, arxiv şəkli

Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı qərar verildi

0
(Yenilənib 15:20 25.11.2020)
Tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

BAKI, 25 noyabr — Sputnik. Təhsil Nazirliyinin Kollegiyası "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"da dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, tələbəyə akademik məzuniyyətin verilməsi halları artırılıb.

Beləliklə, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə müvafiq tələblər gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Qərar noyabrın 24-dən qüvvəyə minib.

Qeyd edək ki, qüvvədə olan Qaydalara əsasən, hazırda tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;

- ailə vəziyyətinə görə - 2 il müddətinədək;

- səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.

0
Teqlər:
tələbələr, tələbə, səfərbərlik, Təhsil Nazirliyi, ali təhsil, təhsil