Antiterror əməliyyatı

Xaçmazda məhv edilən terrorçu ilə bağlı ilginc məlumatlar üzə çıxdı

334
Hüquq-mühafizə orqanları "Camaatın əmiri" adlandırılan terror qruplaşmasının digər üzvlərinin izinə düşməyə çalışır

BAKI, 25 noy — Sputnik. Ötən gecə xüsusi xidmət orqanları tərəfindən məhv edilən, Xaçmazın Düztahiroba kəndinin sakini Ramiq Rəhimov, "vəhhabilik" kimi tanınan radikal dini cərəyanın tərəfdarı imiş. Bu barədə Sputnik-ə Xaçmaz rayon Polis İdarəsindən məlumat verilib.

Sputnik-in bir qədər əvvəl verdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xaçmaz rayon Polis İdarəsindən olan kolleqaları ilə birgə əməliyyat keçirərək Rusiya-Azərbaycan sərhəddində terrorçuluqda təqsirləndirilən bir şəxsi məhv ediblər. Məlumata görə, Rəhimov təslim olmaq tələbinə məhəl qoymayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə cavab atəşi ilə cinayətkar məhv edilib.

Rəhimov Xaçmazın Düztahiroba kəndində yaşayıb və şübhəli həyat tərzi sürüb. Hal-hazırda hüquq-mühafizə orqanları Rəhimovun getdiyi yolun izinə düşməyə çalışırlar. Əldə olunan məlumata görə, o, xaricdə fəaliyyət göstərən və özünü "Camaatın əmiri" adlandıran terror təşkilarının üzvü olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyatın keçirildiyi yerdə Rəhimov tərəfindən toplanmış silah-sursat aşkarlanıb.

Bazar ertəsi Azərbaycanın Rusiya ilə həmsərhəd olan şimal rayonunda iki ölkənin hüquq-mühafizə orqanlarının "Sərhəd qalxanı" adlı birgə illik əməliyyatlarına start verilib. İlkin məlumatlara görə, silahlı Rəhimovun olduğu yer də sözügedən əməliyyat çərçivəsində müəyyən edilib.

334
Teqlər:
Ramiq Rəhimov, cinayətkar, terrorçu, "Makarov", DTX, Dövlət Təhlükəsizliyi Xidməti, vəhhabi, Düztahiroba, Xaçmaz, xidmət orqanları
Əlaqədar
Vəhhabilərə qarşı əməliyyat: məşhur ticarət mərkəzinin sahibi həbs olundu
DTX əməliyyat keçirib, Bakıda terrorçular məhv edilib
RBP, DİN və DTX "FETÖ əməliyyatları" ilə bağlı birgə açıqlama verdi
Azərbaycanda terror xəbərdarlığı - DTX açıqlama verdi
DTX Nardaran sakininin məxfi əməkdaşlığa cəlb edildiyini açıqlayıb
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ olub - bu dəfə Kür qırağı silkələnib

2
Zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

BAKI, 25 noyabr — Sputnik. Neftçala rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

2
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

19
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

19
Teqlər:
zəlzələ, Xəzər dənizi
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

0
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

0
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA