Antiterror əməliyyatı, arxiv şəkli

Xaçmazda "Sərhəd qalxanı" əməliyyatı: silahlı terrorçu məhv edildi

256
(Yenilənib 12:56 25.11.2016)
DTX-nın keçirdiyi əməliyyat nəticəsində "camaatın əmiri" zərərsizləşdirilib

BAKI, 25 noy — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının dünən keçirdiyi əməliyyat nəticəsində, terrorçuluqda təqsirləndirilən şəxs məhv edilib. Bu barədə Sputnik-ə Xaçmaz rayon Polis İdarəsindən məlumat verilib. 

Silahlı cinayətkarın zərərsizləşdirilməsi ilə bağlı əməliyyat Düztahiroba kəndində keçirilib. Əməliyyat nəticəsində xüsusi xidmət orqanlarının əməkdaşları, 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunu zərərsizləşdiriblər.

Qeyd edək ki, DTX-ın mətbuat xidməti də bu gün səhər saatlarında silahlı terrorçunun məhv edilməsi barədə rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət "camaatın əmiri" kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.

Təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində tərkisilah olunması və cinayət məsuliyyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açaraq silahlı müqavimət göstərib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilib.

Terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

256
Teqlər:
Xaçmaz rayon Polis İdarəsi, DTX, əməliyyat, Dövlət Təhlükəsizliyi Xidməti, terror
Əlaqədar
RBP, DİN və DTX "FETÖ əməliyyatları" ilə bağlı birgə açıqlama verdi
Azərbaycanda terror xəbərdarlığı - DTX açıqlama verdi
DTX Nardaran sakininin məxfi əməkdaşlığa cəlb edildiyini açıqlayıb