Maskalı şəxs

Bakıda qeyri-adi maskalı adamlar saxlanılıb

344
Araşdırma zamanı məlum olub ki, onların həmin gecə cinayət törədəcəkləri ortaya çıxıb

BAKI, 24 noy — Sputnik. Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları, Çevik Polis Alayından olan həmkarları ilə birlikdə, mağaza yaramağa hazırlaşan qarətçiləri zərərsizləşdiriblər. Bu barədə Sputnik-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər.

Noyabrın 22-də, gecənin qaranlığında əməliyyatçılar Maştağa qəsəbəsinin 1978-ci il təvəllüdlü sakini Ənvər İbrahimov və 1992-ci il təvəllüdlü sakini Kənan Məmmədzadəni saxlayıblar. Saxlanılan şəxslərin üzərində yoxlama aparılarkən, onlardan iki ədəd qeyri-adi maska və 3 ədəd bıçaq götürülüb.

Araşdırma zamanı məlum olub ki, İbrahimov və Məmmədzadə həmin gecə cinayət əməli törətməyi planlaşdırıbmış. Onlar etiraf ediblər ki, Maştağa qəsəbəsində yerləşən "24 saat" mağazasını qarət etməyə hazırlaşıblar.

Qeyri-adi maskalar isə, idman papaqları və yaxud da kapron corablardan deyil, qadınların alt paltarından hazırlanmış maskalar olub. "Ola bilsin, bu maskaları nənələrinin tumanlarından düzəldiblər", — deyə polis zarafatla bildirib.

Öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərlə bağlı araşdırma aparıblar ki, onlar əvvəllər cinayət törədiblər, ya yox. Amma məlum olub ki, onların adları heç bir cinayət işində hallanmayıb.

Saxlanılan şəxslərin sözlərinə görə, onlar maddi vəziyyətlərini yaxşılaşdırmaq arzusu ilə qarətə hazırlaşıblar. Lakin onların iş tapmaq cəhdləri uğurla nəticələnməyib.

Qeyd edək ki, qabaqcadan hazırlanmış cinayətin baş tutmasının qarsısın vaxtında alınmasında 14-cü polis bölməsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Qarayev xüsusi fərqlənib.

344
Teqlər:
plan, maskalı şəxs, maska, cinayət, polis, 14-cü polis bölməsi, Sabunçu rayon Polis İdarəsi
Əlaqədar
Yasamalda törədilən dəhşətli cinayətin üstü açılıb
Bu qədər dəhşətli cinayət görünməmişdi
Hərbi zavodda baş vermiş partlayışla bağlı cinayət işi açıldı
Gəncədə dəhşətli cinayət
Son 25 ildə cinayətkarlığa qarşı mübarizədə 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub
Ölkədə 3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

20
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

20
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

54
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

54
Gəncədə vəziyyət

Gəncədə öldürülən 26 nəfərdən 10-u qadın, 6-sı uşaqdır - Baş Prokurorluq

0
(Yenilənib 15:46 26.10.2020)
Hazırkı vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır. Yaralanan 297 nəfərdən 69-u qadın, 32-si uşaqdır

BAKI, 26 oktyabr — Sputnik. 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Rəsmi məlumata görə, hazırkı vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır. Yaralanan 297 nəfərdən 69-u qadın, 32-si uşaqdır.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
Prezidentin köməkçisi: "Məsuliyyət Ermənistanın üzərinə düşür"
Tural Gəncəliyev erməni icmasına müraciət etdi
Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş keçirilib
Həlak olan Rusiya vətəndaşı Gəncədə dəfn ediləcək