Həbsxana

Lotu Qulinin adamlarına rədd cavabı verən qadın qapısında ölü balıq tapdı

1676
Lotu Qulinin adamlarına rədd cavabı verən qadın dəhşətli mənzərə ilə üzləşib

BAKI, 23 noy — Sputnik. Bazar ertəsi kriminal mühitdə belə bir xəbər dolaşdı ki, kriminal aləmdə "Lotu Quli" kimi məşhur olan, Nadir Səlifov vətəni Gürcüstana ekstradisiya ediləcək. Səlifovun vəkili Təranə Əliyeva Sputnik-ə bildirib ki, onun müvəkkilinin ekstradisiyası barədə şayiələr vaxtından əvvəl yayılıb.

"Əlbəttə, biz Səlifovun Gürcüstan vətəndaşı olduğu üçün, bu ölkəyə ekstradisiyasına nail olmağa çalışırıq, lakin hələlik hüquq-mühafizə orqanlarından bunun razılığını almamışıq", — deyə vəkil bildirib.

Sputnik artıq bu barədə yazıb ki, Gürcüstanın hüquq-mühafizə orqanları Bakıdakı koloniyada 22 illiyə oturan Səlifovu tanıyırlar və hazırda "qanuni oğru"nun ekstradisiyasının mümkünlüyü məsələsi müzakirə olunur. Bununla belə, qeyd edək ki, Səlifovun adı 18 avqust 2016-cı ildə İstanbulda öldürülən "qanuni oğru" Rövşən Canıyevlə (Rövşən Lənkəranski) bağlı da hallandırılır. Rusiya KİV-nin yazdığına görə, Səlifov və "qanuni oğru" Vaqif Süleymanov əvvəllər Canıyevin nəzarətində olan bazarları ələ keçiriblər. Səlifovun vəkili Təranə Əliyeva isə öz müvəkkilinə istinadla bildirib ki, o, heç vaxt Rusiya bazarlarına "himayədarlıq" etməyib.

Lakin bu yaxınlarda Moskvada Səlifovun adı ilə bağlı bir hadisə baş verib. Burada qeyd edilir ki, Lotu Qulinin adamları "Avropa" ticarət mərkəzinin (Bu ticarət mərkəzinin sahibi əslən Tovuz rayonundan olan məşhur hüquqşünas İlham Rəhimovdur —red.) və Kiyev dəmiryol vağzalının yaxınlığında yerləşən gül yarmarkasının satıcılarını özlərinə tabe etdirməyə cəhd göstəriblər. Bu barədə Sputnik-ə Moskvada yaşayan kriminal ekspert Georgi Çikaberidze bildirib.

Onun sözlərinə görə, əvvəllər bu çiçək yarmarkasına Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindən olan 32 yaşlı "qanuni oğru" Taleh Dağlıyev (Tolik Noqinski) nəzarət edirdi. Lakin bu ilin sentyabrında o, "Bizim həyət" restoranında saxlanılıb. Üzərində aparılan axtarış zamanı Noqinskidən "spays" adlanan narkotik qarışığı tapılıb.

Həmzət Qastamirov, Şeyx Həmzət (fotoda ortada)
© Photo : Şəxsi arxiv

Noqinski buna görə çox da oturmalı olmayıb. Bu barədə eşidən Səlifov yarmarkaya, vəziyyətə nəzarət edəcək yeni sahib barədə elan vermək üçün öz qasidlərini göndərib.

"Satıcıların bir hissəsi Səlifovun adamlarına xərac verməyə dərhal razılaşıblar. Lakin bir qadın — gülsatan Marqarita onlara müharibə elan edib. Sentyabrda Marqaritanın yanına iki nəfər gəlib: azərbaycanlı və tacik. Onlar bəyan ediblər ki, bundan sonra o, onlara gəlirlərindən təyin olunmuş məbləğdə aylıq haqq ödəyəcək. Əgər mağazada yanğın və digər xoşagəlməz hallarla üzləşmək istəmirsə, bu tələbi sakitcə yerinə yetirsin", — deyə Çikaberidze bildirib.

Onun dediyinə görə, qadın bundan qəti olaraq imtina edib: "Bir müddət sonra Marqaritanın mənzilinin qapısından naməlum şəxslər ölü balıq asıblar. Qadın başa düşüb ki, bu, kriminal səfirlərin şərtləri ilə razılaşmayacağı təqdirdə onu gözləyən xoşagəlməz hadisəyə işarədir. Marqarita tənha anadır. Özünün yeganə övladı olan qızının taleyindən qorxan Marqarita onu yaxınlarının yanında gizlədib, lakin geri addım atmayıb".

Çikaberidzenin sözlərinə görə, sonra təcavüzkarlar özlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları kimi təqdim ediblər və qadını saxta silahla hədələyiblər. Bundan sonra sui-qəsdin qurbanı olan qadın FSB-yə müraciət edib.

FSB-nin əməkdaşları qəsbkarlıqda günahlandırılan həmin iki şəxsi saxlayıblar. Profilaktik söhbətlərdən sonra saxlanılan şəxslər azadlığa buraxılıb. Lakin gülçü Marqarita özünə FSB əməkdaşlarının simasında yeni dostlar və müdafiəçilər tapıb.

Bununla yanaşı, ekspert bildirib ki, Nadir Səlifov kimi bir çox "qanuni oğru"lar "Avropa obşaklarının hamisi", "Şeyx Həmzət" ləqəbli "qanuni oğru", 1975-ci il təvəllüdlü Həmzət Qastəmirovun rəhbərlik etdiyi məşhur çeçen klanı ilə dostluq etmək istəyirlər. Çikaberidzenin sözlərinə görə, "Avropa obşakı"nın Şeyx Həmzətin himayəsinə verildiyi ilk dəfə olaraq Ermənistanda keçirilən "sxodka"da Rusiya mafiyasının "xaç atası" Zaxari Kalaşov (Şakro Molodoy) tərəfindən səsləndirilib.

Şeyx Həmzət saxlanıldıqdan sonra Avropa təsərrüfatı Şakro Molodoyun özünün himayəsinə keçib. Çünki Şeyx Həmzətin həbsindən sonra buna ehtiyac yaranmışdı. Məlumdur ki, Şakro bu ilin iyulunda Moskvadakı "Elements" restoranının sahibindən zorla pul tələb etmək ittihamı ilə saxlanılıb.

Qeyd edək ki, Şeyx Həmzət oğru dünyasında hələ də böyük gücə malikdir və o, hər arzu edən adamı öz yaxınına buraxmağa tələsmir və hər kəsi xüsusi nəzarətdə saxlayır.

1676
Teqlər:
kriminal aləm, Təranə Əliyeva, Nadir Səlifov, avtoritet, Lotu Quli, qanuni oğru, kriminal
Əlaqədar
Bakıda "kriminal avtoritet"lər arasında atışma olub
Azərbaycanda böyük kriminal kataklizmlər təhlükəsi
Qadınlarla bağlı kriminal xəbərləri yaymalı, yoxsa yaymamalı?!
Goranboyda küləyin fəsadları

Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO

27
(Yenilənib 11:29 10.05.2021)
Təbiət hadisəsinin Goranboyda yaratdığı fəsad Bəsti Allahverdiyevanın qəzalı evini daha da təhlükəli vəziyyətə salıb. Rayonun 1 qəsəbəsi, 10-a yaxın kəndi isə işıqsız qalıb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Qeyri-sabit hava şəraiti Goranboyda fəsadlar törədib. Qəfil güclənən külək irigövdəli ağacları aşırıb. Bir neçə kənd elektrik enerjisiz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, Goranboy şəhərinin Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yaşayan sakinlər heç də xoş olmayan sürprizlə qarşılaşıblar. Həmin ünvanda yerləşən ikimərtəbəli qəzalı binanın sakinlərindən olan Bəsti Allahverdiyevanın yataq otağının damını iri gövdəli qovaq ağacı dəlib. Yaşlı qadın Sputnik Azərbaycan-a bildirib ki, yatmaq istəyərkən başına az qala qovaq ağacının iri budağı düşəcəkmiş:

“Külək əsdi, ardından elə bir səs gəldi, elə bildim, evə raket düşdü. Tez oğlumu çağırdım, baxdıq gördük ki, küləyin təsirindən ağacın iri budağı dam örtüyünü dağıdıb, otağıma daxil olub. Azyaşlı nəvələrim var, onlardan lap kiçiyi çox qorxdu, özümün həyəcandan qan təziyiqim qalxdı. Yağış da bərk yağırdı, hamısı evə doldu. Bizim bu yaşadığımız bina 2 il əvvəldən qəzalı vəziyyətdədir. Adiyyatı qurumlar gəlib baxıb, söz verdilər ki, yeni bina tikiləcək. Hələ də gözləyirik. Hər gün burada təhlükə artır”.
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Goranboyda küləyin fəsadları

Goranboyun Məmməd Məhərrəmov 14 ünvanında yerləşən ikimərtəbəli qəzalı binada 12 ailə yaşayır. Sakinlərin əksəriyyəti kiçik, məktəb yaşlı uşaqlardır. Həmin ünvanda yaşayanlar tezliklə müasir bina tikilməsini vacib sayırlar.

Qeyd edək ki, güclü külək rayonun Qızılhacılı qəsəbəsində irigövdəli ağacı Goranboy-Tərtər yoluna aşırıb. Dayanacağın yaxınlığında baş verən hadisə zamanı, xoşbəxtlikdən, xəsarət alan olmayıb. Həmçinin təbiət hadisəsi zamanı rayonun Qızılhacılı qəsəbəsi, Balakürd, Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndləri gecədən səhərə qədər elektrik enerjisiz qalıb.

"Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

* FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

 

27
Teqlər:
qəzalı ev, ağac, fəsad, Goranboy, külək
Mingəçevirdə küləyin fəsadları

"Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

15
(Yenilənib 10:34 10.05.2021)
Təbiət hadisəsi zamanı şəhərin bir neçə ünvanında irigövdəli ağaclar aşıb, avtomobillərin gediş-gəlişi çətinləşib.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Ötən gündən Mərkəzi Aran bölgəsində dəyişən hava şəraiti bir sıra fəsadlara yol açıb. Mingəçevirdə güclü yağış, ardından külək bir neçə ünvanda nəhəng ağacları kökündən qoparıb. Sputnik Azərbaycan xəbər verir ki, şəhərin Dilarə Əliyeva küçəsində iri qovaq ağacı aşaraq bir neçə saat yolu bağlayıb. Bir müddət həmin küçədən avtomobillərin və piyadaların hərəkəti mümkünsüz olub. İri qovaq ağacı yolun digər tərəfində yerləşən şadlıq sarayına da ziyan vurub. Xoşbəxtlikdən, yaxınlıqdakı beşmərtəbəli bina zərər görməyib.

  • Mingəçevirdə küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə küləyin fəsadları

Şəhərin Nəriman Nərimanov prospektində aşan digər ağac avtomobillərin hərəkət etdiyi yola düşüb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, avtomobillərin gediş-gəlişində ləngimələr yaranıb. Aidiyyatı qurumun əməkdaşları irigövdəli ağacların yola düşən hissəsini ərazidən təmizləyərək yaranmış çətinliyi nisbətən aradan qaldırıblar. Güclü külək nəticəsində Mingəçevirin bir neçə ünvanında elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Mingəçevir Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, küləyin yaratdığı fəsadlar aradan qaldırılır. Enerji verilişi isə artıq bərpa edilib.

* FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

 

15
Teqlər:
yağış, ağac, elektrik enerjisi, fəsad, külək, Mingəçevir

Qafqazın möhtəşəm safari parkı

0
(Yenilənib 11:55 10.05.2021)
Ərazisinin böyüklüyünə​, eləcə də heyvanlarının sayının və növünün çox ​olmasına görə nəinki​ Azərbaycanda, ümumiyyətlə Qafqazda​ yeganə və tək hesab edilən Şamaxı Safari Parkı Sputnik Azərbaycan-ın videosunda.

 

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

Safari parkına getmək üçün Şamaxı-Dəmirçi-Lahıc yolu ilə bir xeyli məsafə qət etdikdən sonra ​​Pirqulu adlanan dağ-meşə massivinə çatırsan. Ümumi ərazisi​ 1200 hektar olan parkın​ 830 hektarlıq hissəsi beynəlxalq standartlara uyğun formada ​çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilən nəcib maral, xallı maral, Altay maralı, muflonlar, yəni dağ qoyunları, alpaka və lamanın​ xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb.

Safari parkı vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Hər il orada konfranslar keçirilir və yarışlar olur. 2019-cu ildə parkın marallarından biri 3-cü yer, 2020-ci ildə isə Xan ləqəbli maral 1-ci yeri tutub. Yarış üçün erkək fərdlər seçilir və buynuzun şaxələrinə görə, böyüklüyünə görə marala qiymət verilir.

 

0