Qəzaya düşmüş avtomobil. Arxiv şəkli

"BMW" ilə "Nissan" toqquşdu

130
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Nissan" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 sərnişini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər

BAKI, 23 noy — Sputnik. Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Xocəsən qəsəbəsində "BMW" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Nissan" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 sərnişini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 08:42-də başa çatıb.

130
Teqlər:
"Nissan", "BMW", Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, FHN, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
"KamAZ"la "Mercedes"in toqquşması faciəli nəticəyə səbəb oldu
Hava limanında toqquşma baş verdi
Almaniyada 11 avtomobil toqquşub
Lənkəranda 3 avtomobil toqquşdu, 6 nəfər xəsarət aldı
Quşlar niyə heç vaxt uçarkən toqquşmur?
Qaxda iki avtomobil toqquşub, bir nəfər ölüb