Bakıda gecə klubu

Bakıda bara girmək istəyən mömin ərəbi döydülər

394
Bakıdakı gecə klubunun gözətçisi inanclı turistin günah işlətməsinə mane olub

BAKI, 14 noy — Sputnik. Ərəb turistlə bağlı növbəti xoşagəlməz olay Bakının Səbail rayonunda baş verib. Şəhərin mərkəzində varlı ərəb ölkələrindən birinin — Küveytin vətəndaşını döyüblər.

Bu barədə Sputnik-ə Səbail rayon Polis İdarəsindən məlumat veriblər. Belə ki, ötən bazar günü saat 05:40-da Səbail RPİ-nin 39-cu bölməsinə, 1995-ci il təvəllüdlü Küveyt vətəndaşı Airoomi Əbdüləziz Əl Saud müraciət edib. O bildirib ki, Azərbaycana turist kimi gəlib. Amma Bakıda onunla nəzakətlə davranmayıblar.

Onu məhz Neftçilər prospekti, 127 ünvanında yerləşən populyar bar olan "Pasifico"ya buraxmayıblar. Zərərçəkmişin sözlərinə görə, gözətçi nəinki təkcə onu gecə klubuna buraxmayıb, hətta döyüb də.

Əl Səud bəyan edib ki, gözətçi ona mömin qonaq olduğuna görə içəri girməyə mane olub və bildirib ki, belə adamlara əyləncə yerlərinə getmək olmaz.

Hazırda 39-cu polis bölməsinin əməkdaşları baş vermiş hadisəni araşdırırlar. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. Buna səbəb yəqin ki, qurbanın bədənində xəsarət izlərinin olmamasıdır.

394
Teqlər:
"Pasifico", Airoomi Əbdüləziz Əl Saud, bar, ərəb, Küveyt, Bakı, turist
Əlaqədar
Ərəblərin yolu Bakıdakı bu küçədən düşərsə...
Səudiyyə Ərəbistanı neftin taleyinə aydınlıq gətirdi
Azərbaycanda qanunsuz ov edən daha iki ərəb saxlanıldı
Ərəb ölkələrindən sərmayə cəlb etmək üçün Bakıda tədbir keçiriləcək
Ərəb dünyasının tanınmışları Şəkidə olublar
Ərəblər Azərbaycanda "ölü diriltməyə" başlayıblar