Masallı rayonunun Güllütəpə kəndi ərazisində sürüşmə baş verib

Bu kənd yenidən sürüşdü

137
Hal-hazırda ən aktiv ərazi Güllütəpə kəndidir və bu kənddə torpaq qatı təqribən 150 metr uzununa, 50 metr isə eninə sürüşüb.

Rahim Zakir oğlu Muradov, Sputnik Azərbaycan

Cənub bölgəsində son günlər torpaq sürüşməsi yenidən aktivləşib.

Bu dəfə isə aktivlik Masallı rayon ərazisində olan otlaq və əkin sahələrində müşahidə olunur. Hal-hazırda ən aktiv ərazi Güllütəpə kəndidir və bu kənddə torpaq qatı təqribən 150 metr uzununa, 50 metr isə eninə sürüşüb. 

Masallı ərazisində ümumilikdə ən aktiv sürüşmə əraziləri Zuvand və Güllütəpə kəndlərindədir. 

  • Masallı rayonunun Güllütəpə kəndi ərazisində sürüşmə baş verib
    Masallı rayonunun Güllütəpə kəndi ərazisində sürüşmə baş verib
    © Sputnik / Rahim Muradov

1 / 7
© Sputnik / Rahim Muradov
Masallı rayonunun Güllütəpə kəndi ərazisində sürüşmə baş verib

Bir neçə il bundan əvvəl bu ərazilərdə sürüşmə halları artıq bir neçə dəfə müşahidə olunub. Son günlər cənub bölgəsinə yağan intensiv yağışlar səbəbindən sürüşmə aktivliyi yenidən artıb. 

Sakinlərin bildirdiklərinə əsasən, bu ərazilərdə mal-qaranı başlı-başına buraxmaq təhlükəlidir.

Güllütəpə kənd ərazisində torpaq sürüşməsi artıq dörd vətəndaşın pay torpağını əhatə edir. Məhz bu səbəbdən də həmin ərazilərdə kənd sakinləri əkin-biçin işlərini apara bilmirlər.

Masallı rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndindəki qədim sürüşmə sahəsində də aktivlik müşahidə olunur. Güllütəpə kəndindən fərqli olaraq Zuvand kəndində evlər ziyan çəkib. Məlumat üçün bildirək ki, torpaq sürüşmələri və çökmələr Masallı rayonu ilə yanaşı Lerik rayonunun da ayrı-ayrı ərazilərində də müşahidə olunur.

137
Hovuzda üzən qadın, arxiv şəkli

Bakıda məşhur oteldə qaydanı pozanlar saxlanıldı - VİDEO

101
(Yenilənib 19:05 05.07.2020)
Bu gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən görüntülər yayılıb. Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib.

BAKI, 5 iyul – Sputnik. Polis Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirir.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hazırda polis qaydaları pozan şəxsləri bölməyə aparır.

Qeyd edək ki,  bu gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən görüntülər yayılıb.  Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib. Həmçinin otelin rəsmi instagram səhifəsindən də vətəndaşları otelə dəvət edərək istirahət etməyə çağırış ediblər.

101
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
FHN əməkdaşı, arxiv şəkli

Bakıda daha bir güclü yanğın başlayıb

232
(Yenilənib 17:30 05.07.2020)
Yanğın Yeni Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yanında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

BAKI, 5 iyul – Sputnik. Bakının Suraxanı rayonu  ərazisində yanğın başlayıb.

Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, yanğın Yeni Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

232
Azərbaycanın Avroviziya-2013 müsabiqəsindəki təmsilçisi Fərid Məmmədov

Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım

0
(Yenilənib 20:57 05.07.2020)
Santa-Barbara şəhərinə səfər edən tanınmış azərbaycanlı ifaçı Fərid Məmmədov imkanı əldən buraxmayıb və uşaqlıq arzusunu həyata keçirib

BAKI, 5 iyul – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanı “Avrovision-2013” mahnı müsabiqəsində təmsil edən tanınmış ifaçı Fərid Məmmədov məşhur “Santa-Barbara” serialının çəkildiyi yerlərdə olub.

Sputnik Azərbaycan xəbər verir ki, Fərid səfəri ilə bağlı fotoları “Instagram” səhifəsində paylaşıb. Fərid etiraf edir ki, uşaqlıda bu serialı çox sevdiyindən, nə zamansa çəkilişlər gedən evi ziyarət etmək qərarına gəlib.

View this post on Instagram

#santabarbara #santabarbaraseries another trip

A post shared by Farid (@thefaridmammad) on

 “Santa-Barbara” tarixdə ən uzun sabun operası (soap opera) sayılır. Ümumilikdə serialın 2137 seriyası çəkilib. “Santa-Barbara” eyniadlı şəhərdə yaşayan Kepvell ailəsinin həyatından bəhs edir.

Fərid Məmmədov Azərbaycanın Əməkdar artisti Aybəniz Həşimovanın yetirməsidir. 2013-cü ildə Azərbaycanı “Avrovision” müsabiqəsində təmsil edəndən sonra xaricdə də tanınmağa başlayıb.

0