BAKI, 31 okt — Sputnik. Türkiyənin “Cumhuriyet” qəzetinin baş redaktoru Murad Sabuncu saxlanılıb.
Sputnik Türkiye-nin verdiyi xəbərə görə, qəzetin yazarı Güray Öz də tutulub.
Qəzetin rəhbərlərindən Akın Atalay və daha 13 əməkdaşın haqqında həbs qərarı verilib. Onların arasında karikaturist Musa Kart da var.
Akın Atalay hazırda Türkiyədə deyil.
Hazırda Akın Atalayla Güray Özün evində axtarış aparılır.
Qəzetin keçmiş baş redaktoru Can Dündarın da evində axtarış aparılır.
Can Dündar da hazırda Türkiyədə deyil.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.