Cənub bölgəsində ən çox qar Lerik rayonunun mərkəzində qeydə alınıb

Cənub zonasında daşqın gözlənilir

84
(Yenilənib 18:49 27.10.2016)
Cənub bölgəsində ən çox qar Lerik rayonunun mərkəzində qeydə alınıb. Belə ki, qarın hündürlüyü 35 sm təşkil edib.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 okt — Sputnik. Respublikanın cənub zonasında 20 günə yaxındır intensiv yağış yağır. Yağıntının miqdarı Lənkəran-Astara bölgəsində xüsusilə çox olub. Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynovun Sputnik-in bölgə müxbirinə verdiyi məlumata görə, düşən yağışın miqdarı aylıq normadan artıq olub. 

  • Lənkəran Regional Hidrometeorologiya Müəssisəsi
    Lənkəran Regional Hidrometeorologiya Müəssisəsi
    © Sputnik / Rahim Zakiroghlu

  • Müəssisəsinin direktoru Cavid Hüseynov
    Müəssisəsinin direktoru Cavid Hüseynov
    © Sputnik / Rahim Zakiroghlu
  • Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimal olunur
    Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimal olunur
    © Sputnik / Rahim Zakiroghlu
  • Lənkəran, Astara rayonlarında kiçik çaylarda daşqın olacağı ehtimalı var
    Lənkəran, Astara rayonlarında kiçik çaylarda daşqın olacağı ehtimalı var
    © Sputnik / Rahim Zakiroghlu
  • Cənub bölgəsində ən çox qar Lerik rayonunun mərkəzində qeydə alınıb
    Cənub bölgəsində ən çox qar Lerik rayonunun mərkəzində qeydə alınıb
    © Sputnik / Rahim Zakiroghlu
1 / 11
© Sputnik / Rahim Zakiroghlu
Lənkəran Regional Hidrometeorologiya Müəssisəsi

Hal-hazırda gündüz saatlarında Lənkəranda 10-15 dərəcə, dağlarda 5-10 dərəcə isti qeydə alınır. Gecə saatlarında dağlarda 0-4 dərəcə şaxta olacağı gözlənilir.

Müəssisənin direktorunun verdiyi məlumata əsasən, ay ərzində ən çox yağıntı oktyabrın 12-də Lənkərana qeydə alınıb — 132 mm: "Amma günəşli hava çox uzun sürməyəcək. Belə ki, oktyabrın 28-də günün ikinci yarısından etibarən havanın dəyişəcəyi gözlənilir. Hava buludlu olacaq, yağış yağacaq. Temperaturun 3-5 dərəcə aşağı düşəcəyi ehtimal olunur".

"Yağıntının bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimal olunur. 30-31 oktyabr tarixlərində küləyin sürəti saniyədə 15-20 metr, bəzi yerlərdə isə saniyədə 23-28 metrədək yüksələcək, çaylarda sululuğun artacağı proqnozlaşdırılır", — C. Hüseynov bildirib.

Onun sözlərinə görə, Lənkəran, Astara rayonlarında kiçik çaylarda daşqın olacağı ehtimalı var: "Cənub bölgəsində ən çox qar Lerik rayonunun mərkəzində qeydə alınıb. Belə ki, qarın hündürlüyü 35 sm təşkil edib. Ən aşağı temperatur 27 oktyabr tarixində Lerik rayonu ərazisində Kəlvəz stansiyasında —4 dərəcə şaxta qeydə alınıb".

Qeyd edək ki, oktyabr ayı cənub zonası üçün ən intensiv yağıntılı keçən ay kimi xarakterizə olunur.

84
Teqlər:
Lənkəran-Astara, daşqın, cənub bölgəsi, sel, yağış
Əlaqədar
Fransada daşqınlar zamanı 12 nəfər həlak olub
Türkiyədə daşqın 8 nəfərin həyatına son qoydu
Daşqından sonra Tiflis zooparkı
Soçi daşqına məruz qalıb