Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada

"Azəravtoyol"un aparat rəhbəri Türkiyədə ölüb

246
Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib

BAKI, 27 okt — Sputnik. Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib. "Report"un xəbərinə görə, hadisədən sonra M.Qurbanov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. Hadisədə xəsarət alan həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Qurbanlı ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Qurbanlı isə ölüb. M.Qurbanov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər.

Villada partlayış zamanı xəsarət alan Azəravtoyolun Aparat rəhbəri Türkiyədə vəfat edib
© Photo : REPORT IA
Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib

246
Teqlər:
Müşviq Qurbanov, Hökməli, "Azəravtoyol", vəfat, villa, Abşeron, Türkiyə
Əlaqədar
Antalyada baş vermiş partlayışda 10 nəfər yaralanıb
Bağdadda bir neçə partlayış baş verib
Xarici İşlər Nazirliyinin yanında partlayış baş verib
Göyçayda mənzildə partlayış baş verib, bir nəfər dünyasını dəyişib
Göygöldə partlayış olub, qadın yanıb
"Araz" zavodunda partlayış zamanı xəsarət alanlardan daha ikisi evə buraxılıb
Qəza

Gədəbəydə ağır yol qəzası olub, çox sayda adam xəsarət alıb

8
(Yenilənib 22:10 08.03.2021)
Gədəbəy rayonunun Dəyirmandağ kəndi ərazisində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKI, 8 mart - Sputnik. Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Dəyirmandağ kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər xəsarət alıb.

Onlardan birinin, 22 yaşlı Aynurə İsmayılovanın xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən Xəstəxanaların birinə yerləşdirilib. Digər şəxslərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

8
Pəncərə yanında adam, arxiv şəkli

Bakıda kişi intihar edib

16
(Yenilənib 16:17 08.03.2021)
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

16
Teqlər:
intihar, kişi, Bakı
Gürcüstanda etirazlar

Gürcüstanda yeparxiya davası dindarların balkondan yıxılması ilə nəticələnib - VİDEO

0
(Yenilənib 00:20 09.03.2021)
Balkonda davam edən dava zamanı taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstan telekanallarının jurnalistləri və operatorları da olub.

BAKI, 9 mart - Sputnik. Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb.

Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.

Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib.

Çkondid və Martvilinin yeni mitropoliti Stefan ata keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan edib.

Bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər. Qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstanın Formula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları da olub.

Xəsarət alanlar təcili yardım briqaları tərəfindən xəstəxanaya aparılıb. Gürcüstan Patriarxlığı hələlik Çkondid yeparxiyasında baş verənləri şərh etməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Martvili rayonundakı Çkondid yeparxiyasında baş verən dava faktı ilə bağlı cinayət işi qaldırıb. "Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddəsi üzrə təhqiqat aparılır. Gürcüstan qanunvericiliyinə görə, bu maddə özündə inzibati cərimələri və yaxud iki ilə qədər islah işlərini nəzərdə tutur.

 

0