İntihar

Polis gənc qızı intihar fikrindən necə daşındırdı?

1057
Polis əməkdaşları özünə qəsd etmək istəyən qızlara göz yaşını silmək üçün salfet uzadır və "hələ həyat qabaqdadır" deyə təsəlli edirlər

BAKI, 20 okt — Sputnik. Azərbaycan gənclərinin psixi durumu qorxulu həddədir. Hər gün könüllü olaraq öz-özünü məhv edən insanların sayı artır. Hərdən tamamilə gülməli səbəblərdən insan radikal addım atmağa, özünü öldürməyə sürüklənir. Amma gülməli yox, ağlamalıdır ki, gənclərin əhəmiyyətli hissəsi öz mövcudluğunda heç bir məna tapa bilmir və uçuruma yuvarlanır.

Oktyabrın 19-u saat 14.00 radələrində "Gənclik" metrostansiyasında gənc qız özünü qatarın altına atmağa cəhd edib. Amma Bakı Metropoliteninin polis əməkdaşları vaxtında bu intiharın qarşısını alıblar.

Bu barədə Sputnik-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Araşdırma zamanı məlum olub ki, qız özünü qarşılıqsız sevgi səbəbindən öldürmək istəyib. Şahin adlı gənc oğlan onu atıb.

Qızın şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, o, 1992-ci il təvəllüdlü Bakı sakini M. Güləmbərdir. Metropoliten polisi qızın atası ilə əlaqə saxlayıb və qızı ona təhvil verib.

"İşin materiallarını isə prokurorluğa göndərmişik. Bir ay əvvəl Bakı Metropolitenində eynilə oxşar hadisə baş vermişdi. Qız sevdiyi oğlan onu atdığına görə, özünü qatarın altına atmaq istəmişdi, amma polislər ona mane olmuşdular", — deyə polisdən bildirilib.

Bununla belə, Bakı Metropoliteninin polis əməkdaşları ironiyasız qeyd ediblər ki, onlar, hətta gənclərin ürək-könül işləri ilə də məşğul olurlar. Onlar bunu cinayətkarları tutmaq və asayişi təmin etmək məqsədilə edirlər.

"Qız ağlayarkən və öz bədbəxtliyindən şikayətlənərkən bizim uşaqlar ona yaxınlaşırlar və göz yaşını silmək üçün bir dəst salfeti ona uzadırlar, onun dərdini dinləyirlər və ən əsası isə onu "hər şey keçəcək", "həyat hələ qabaqdadır" kimi sözlərlə təsəlli edirlər", — polisdən bildirilib.

Bəli, bizim ölkənin hüquq-mühafizə orqanları, bəzən asayişi, məhz belə qoruyurlar.

1057
Teqlər:
metro, polis, qız, intihar, özünü öldürmək, psixi durum, gənc
Əlaqədar
İntiharla ömrünə son qoymuş görkəmli rejissor
Oğlunu hərbi xidmətə yola salıb intihar etdi
Dəhşətli statistika: 110 qadın, 28 uşaq intihar edib
İki gənc intihar etdi
Gəncədə qadın ailə münaqişəsi zəminində intihara cəhd edib
Paytaxtda tükürpədici intihar
Gəncədə 50 yaşlı qadın intihar edib