Bakı metropoliteninin Elmlər Akademiyası stansiyası

Bakı metrosunda gözlənilməz hadisə

475
(Yenilənib 15:45 20.10.2016)
Qatar stansiyaya daxil olarkən, qəfildən elektrik enerjisinin verilişi kəsilib

BAKI, 20 okt — Sputnik. Bu gün saat 15.30 radələrində, Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasında gözlənilməz hadisə baş verib. Sputnik-in hadisə yerində olan əməkdaşı xəbər verir ki, Qatar stansiyaya daxil olarkən, qəfildən elektrik enerjisinin verilişi kəsilib. Təxminən bir dəqiqə olmayan elektrik enerjisi, sonradan bərpa olunub.

475
Teqlər:
tunel, Bakı Metropoliteni, "Elmlər Akademiyası", elektrik, qatar, metro
Əlaqədar
Metropoliten sürücü axtarır
Bakı metrosunun iş qrafiki yenidən dəyişdirilir
Moskva metrosunda yanğın baş verib
Bakı Metropoliteni əməkdaşlarına təhlükəsizliklə bağlı instruktaj keçilib
Bakı metrosunun giriş-çıxışı bağlanacaq
Bakı metrosunun qrafiki dəyişdi
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

20
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

20
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

54
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

54
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

Rusiya dünyadakı böhranı həll etmək üçün Türkiyə ilə münasibətlərini davam etdirəcək

0
Lavrov: Türkiyə ilə ortaq məxrəcləri tapdığımızda, faydalı şəkildə səylərimizi birləşdiririk və böhran vəziyyətlərinin həlli üçün lazımi şəraitin yaradılmasına doğru hərəkət edirik.

BAKI, 26 oktyabr — Sputnik. Rusiya dünyadakı böhran vəziyyətlərini həll etmək üçün Türkiyə ilə qarşılıqlı əlaqəni davam etdirəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yunan həmkarı Nikos Dendiasla görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var. Lakin bu münasibətlər problemsiz deyil. Bu və ya digər problemlərə yanaşmamız heç də həmişə üst-üstə düşmür. Ancaq ortaq məxrəcləri tapdığımızda... faydalı şəkildə səylərimizi birləşdiririk və böhran vəziyyətlərinin həlli üçün lazımi şəraitin yaradılmasına doğru hərəkət edirik. Biz Türkiyə ilə bu qarşılıqlı əlaqəni davam etdirəcəyik", - deyə Lavrov qeyd edib.

0
Əlaqədar
Rusiya Qarabağla bağlı Türkiyəyə çağırış etdi