Yanğın

Yaşayış evində yanğın çıxıb

9
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

BAKI, 20 okt — Sputnik. Oktyabrın 20-ə keçən gecə Bakı şəhəri, Sabunçu rayonunda birmərtəbəli kommunal tipli yaşayış binasında, vətəndaşa məxsus, ümumi sahəsi 58 m2 olan, 3 otaqlı yaşayış evində qaz sobasının ətrafı 3 m2 sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan 3 otaqlı yaşayış evinin mətbəxinin tavanı 1 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

9
Teqlər:
yanğın, FHN, Fövqəladə Hallar Nazirliyi, yaşayış binası, Sabunçu, Bakı
Əlaqədar
Bakıda yaşayış binasında yanğın olub
Kürdəmirdə yanğın olub
Şəkinin mərkəzi bazarında yanğın olub
Yevlaxda yanğın çıxıb
Paytaxtdakı nəhəng zavodda yanğın: xəsarət alanlar var
Bakıda transformatorda yanğın olub
"Günəşli" yatağında başlayan yanğın söndürülüb