Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə yanğın olub

© Photo : Elsever AliyevFHN-in yanğınsöndürmə xidməti, arxiv şəkli
FHN-in yanğınsöndürmə xidməti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Birmərtəbəli 4 otaqlı evin mətbəxin yanar konstruksiyaları 15 m2 sahədə yanıb və yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 80 m2 sahədə əriyib

BAKI, 18 okt — Sputnik. Oktyabrın 18-ə keçən gecə Kürdəmir rayonu, Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 336 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxin yanar konstruksiyaları 15 m2 sahədə yanıb və yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 80 m2 sahədə əriyib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, evin qalan hissəsi və evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0