Tünd şüşə arxasında oğlan uşağı silueti

Bakıda dini sekta üzvü olan qadından tükürpədici əməl

3796
(Yenilənib 17:19 12.10.2016)
O, "Üzüm sahəsi və İsa peyğəmbər" sektasının üzvü olub. Bu sektanın üzvləri qırmızı rəngli meyvələrin şirəsini İsa peyğəmbərin qanı ilə assosiasiya edərək içirlər.

BAKI, 12 okt — Sputnik. Oktyabrın 11-i axşam Bakıda dini zəmində dəhşətli hadisə baş verib. Azərbaycan üçün yeni olan sektanın qadın üzvü, 5 yaşlı oğlunu boğub. Bu barədə Sputnik-ə Yasamal Rayon Prokurorluğundan məlumat veriblər.

Həmin axşam saat 20:21-də DİN-in 102 xidmətinə Dadaş Bünyadzadə 15 ünvanında yaşayan, 1974-cü il təvəllüdlü Rövşən Qulubəyovdan məlumat daxil olub. Həmin şəxs həyat yoldaşı, 1974-cü il təvəllüdlü Qulubəyova Nazilə Yusif qızı və 5 yaşlı oğlu Fəridin qapı arxasında qaldığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qapıdan içəri daxil olan zaman döşəmədə, üzərində zorakılıq əlamətləri olmayan oğlan meyiti aşkar ediblər. Ana isə evdə olmayıb.

Tezliklə oğlanın boğularaq öldürüldüyü aşkarlanıb. İstintaq zamanı qətlin ana tərəfindən törədildiyi fərziyyəsi irəli sürülüb. Rayonun 29-cu polis bölməsinin əməkdaşları Nazilə Qulubəyovanı saxlayıblar. Qadın oğlunu bədənindən "şər ruhu" qovmaq üçün əski ilə boğduğunu etiraf edib.

Lakin, onun yalan dediyi məlum olub. Qulubəyova oğlunu evdən sərbəst çıxmasına mane olduğu üçün boğub. Qadının dini sekta üzvü olduğu üzə çıxıb. İstintaq orqanlarının əməkdaşları bu sekta barəsində ilk dəfə eşitdiklərini etiraf ediblər.

Qadın "Üzüm sahəsi və İsa peyğəmbər" sektasının üzvü olub. Bu sektanın üzvləri qırmızı rəngli meyvələrin şirəsini İsa peyğəmbərin qanı ilə assosiasiya edərək içirlər. Bu, Azərbaycanda yeni sektadır və "Yəhova şahidləri"nə aidiyyəti yoxdur. Sekta və onun rəhbəri üzvlərin pulu hesabına fəaliyyət göstərir.

Prokurorluqdan bildirilib ki, Azərbaycanda bu sekta qadağan olunmayıb. Səbəb isə onun haqqında ilk dəfə eşitmələridir. Hazırda iş üzrə materiallar xüsusi əhəmiyyət kəsb etdiyinə görə Bakı Şəhər Prokurorluğuna göndərilib.

Bəzi məlumatlara görə, sözügedən sekta dünyada ən təhlükəli totalitar dini cərəyanlardan biridir. RuLit.me saytının məlumatna görə, "Üzüm sahəsi" dini cərəyanı ötən əsrin 60-cı illərində ABŞ-da yaranıb. Dünyada təxminən 800 kilsəsi var. Hər bir kilsə muxtariyyətə malikdir və Assosiasiya çərçivəsində bərabərhüquqlu tərəfdaşdır. Kilsələr aktiv missionerlik fəaliyyəti ilə məşğul olaraq müxtəlif bölgələrin yerli şəraitinə uyğunlaşır.

3796
Teqlər:
"Üzüm sahəsi və İsa peyğəmbər", "Yəhova şahidləri", Nazilə Qulubəyova, Rövşən Qulubəyov, sekta, din, Bakı, cinayət, qadın
Əlaqədar
Prezident dini icmalara 1.8 milyon manat ayırdı
Gürcüstanda fəaliyyəti qadağan edilən dini icmanın üzvləri Qaxda aşkarlandı
Azərbaycanda 632 dini icma dövlət qeydiyyatından keçib
Allahşükür Paşazadə: Bəzi dini icmalar başqa yerlərə işləyirlər
Qeyri-islam dini icmalarına 380 min manat maliyyə vəsaiti ayrılıb
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67
Erməni hərbi qulluqçuları, arxiv şəkli

MN: “Ermənistan SQ-nin qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb”

3
(Yenilənib 11:06 21.10.2020)
Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub.

BAKI, 21 oktyabr — Sputnik. Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə