Tüfəng

Abşeronda çayxana sahibi güllələndi

860
(Yenilənib 14:48 12.10.2016)
Qatil hadisə yerindən qaçsa da, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polislər onu yaxalaya biliblər

BAKI, 12 okt — Sputnik. Oktyabrın 11-dən 12-nə keçən gecə Abşeron rayonunun Qobu qəsəbəsində çay evinin sahibi güllələnib. Bu barədə Sputnik-ə Abşeron Rayon Polis idarəsindən məlumat veriblər.

Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Abbasov Rövşən Rafiq oğlu aldığı güllə yaralarından keçinib. Patoloqoanatomlar Abbasovun bədənində 5 güllə yarası aşkar ediblər.

Qatil hadisə yerindən qaçaraq gizlənib, lakin aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polislər onu yaxalaya biliblər. Şübhəli şəxs Qobu sakini, 1991-ci il təvəllüdlü Əlizadə Tural Zakir oğludur.

Hadisə Əlizadənin evinin yaxınlığında törədilib. Qətldə istifadə olunmuş "Vinçester" tipli ov tüfəngi şübhəliyə məxsusdur. Tüfəngi kriminalistlər qətl yerinin yaxınlığında aşkar ediblər, Əlizadə isə Bakıda ələ keçib.

İbtidai istintaq zamanı şübhəli günahını boynuna alıb. O bildirib ki, qətldən əvvəl Abbasovla mübahisə edib. Həmin son görüşün təşəbbüskarı isə mərhum Abbasov olub.

Lakin mübahisənin predmeti məlum deyil. Qətl faktı üzrə cinayət işi açılıb, araşdırmanı Abşerob rayonu prokurorluğu aparır.

860
Teqlər:
güllələnmə, çay evi, çayxana, qətl, Qobu qəsəbəsi, Abşeron rayonu
Əlaqədar
Türkiyə səfirini güllələdilər
Hərbi qulluqçu ehtiyatsızlıqdan aldığı güllə yarasından ölüb
Bir ailənin 7 üzvü güllələndi
İcra hakimiyyətinin keçmiş işçisini güllələdilər
Sərhədçilərə müqavimət göstərdilər və güllələndilər
Həmkəndlisini güllələyib, sonra intihar etdi
Qadın pəncərə yaxınlığında, arxiv şəkli

Bakıda daha bir intihar - özlərini eyni üsulla öldürdülər

50
(Yenilənib 19:55 26.01.2021)
Hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb

BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.

50
Teqlər:
qadın, Bakı, intihar

Can bazarında axtarışlar: Xırdalanda xilasetmə işləri - FOTO

18
(Yenilənib 17:35 26.01.2021)
On səkkiz saat davam edən axtarışlardan sonra FHN-in xilasediciləri körpə Fatimənin cansız bədənini dağıntılar arasından çıxara bildilər

Yanvarın 25-i saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas ediblər. İki nəfər isə təəssüf ki, həlak olub. 

Sputnik Azərbaycan bildirir ki, həlak olanlardan biri - 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini xilasedicilər bu gün günorta saatlarında dağıntılar arasından çıxara biliblər. Fatimənin anası, 33 yaşlı Aytən Musayevanın meyiti isə dünən gecə saatlarında tapılıb. Onun həyat yoldaşı, 38 yaşlı Vüsal Musayev və 12 yaşlı oğlu Firudin Musayev partlayışdan sağ qurtulsalar da, xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər. 

Dağıntılar arasında axtarışlara Fövqəladə Hallar Nazirliyinin 228 əməkdaşı, eləcə də 19 texnikası, dörd xidmət iti, həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin 20 əməkdaşı və 3 ədəd texnikası cəlb edilmişdi.

18
  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

Teqlər:
fotolent, axtarış, xilasedicilər, dağıntılar, partlayış, Xırdalan
Tərəzi, kökəlmək, köklük

Diabetə qalib gəlməyin çox asan yolu

0
(Yenilənib 00:44 27.01.2021)
Diabetə on iki həftə ərzində qalib gəlmək mümkündür. Amerikalı alimlərin araşdırmasına görə, minimal karbohidratlı pəhriz həm sağaldır, həm də arıqladır

BAKI, 27 dekabr - Sputnik. On iki həftə boyunca minimal karbohidrat pəhrizinə riayət edən insanlar ikinci tip diabetə qalib gəlmək şansını təxminən 30% artırırlar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Diabetes.co.uk portalı Texasın A&M Universitetinin (ABŞ) əməkdaşlarının araşdırmalarına istinadən yazır.

Tədqiqatda 1357 nəfər iştirak edib. Yaşları 47 ilə 67 arasında dəyişən bu şəxslərin əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkib. Onlar on iki həftə ərzində minimal karbohidrat pəhrizinə riayət ediblər. Bundan 6 ay və bir il sonra isə mütəxəssislər tədqiqatda iştirak edənlərin səhhətlərini təkrar yoxlamadan keçiriblər. 

Qeyd olunur ki, pasiyentlər nişastalı karbohidratlardan (daha çox kartof və makaronda olur) imtina ediblər. Alimlər belə nəticəyə gəliblər ki, 6 aydan sonra bu qrup insanların xəstəliyin əlamətlərini azaltmaq şansları digər pəhrizlərə riayət edənlərlə müqayisədə daha çoxdur. 

Elmi tədqiqatın müəllifləri qeyd ediblər ki, gələcəkdə onlar kalorilərə nəzarətlə bağlı da bir sıra tədqiqatlar aparmaq niyyətindədirlər. Bununla onlar minimal karbohidratlı pəhrizin arıqlamağa və diabetin remissiyasına davamlı müsbət təsir göstərdiyinə əmin olmaq istəyirlər.

* Minimal karbohidratlı pəhriz - sutkada 100-150 qramdan artıq olmayan karbohidratın qəbul olunmasını nəzərdə tutan qida rejimidir. Bundan başqa, burada istifadə olunan karbohidratın əksər hissəsi böyük miqdarda lifə malik tərəvəz və tam buğdaların payına düşməlidir. 

Bu pəhriz həm diabet xəstələrinə, həm də arıqlamağa çalışan idmançılara məsləhət görülür. O, qanda şəkərin miqdarını tənzimləmək üçün əla üsul sayılır.

0