Şəkinin mərkəzi bazarında yanğın

Şəkinin mərkəzi bazarında yanğın olub

266
(Yenilənib 12:36 12.10.2016)
90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb

BAKI, 12 okt — Sputnik. Bu gün səhər saatlarında Şəki şəhərində ümumi sahəsi 2 ha olan "Şəki Bazar" ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb. Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

266
Teqlər:
"Şəki Bazar" ASC, FHN, Şəki, bazar, yanğın
Əlaqədar
Yevlaxda yanğın çıxıb
Paytaxtdakı nəhəng zavodda yanğın: xəsarət alanlar var
Bakıda transformatorda yanğın olub
"Günəşli" yatağında başlayan yanğın söndürülüb
Bakıda güclü yanğın olub
Azərbaycanda güclü meşə yanğını
Qadın pəncərə yaxınlığında, arxiv şəkli

Bakıda daha bir intihar - özlərini eyni üsulla öldürdülər

33
(Yenilənib 19:55 26.01.2021)
Hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb

BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.

33
Teqlər:
qadın, Bakı, intihar

Can bazarında axtarışlar: Xırdalanda xilasetmə işləri - FOTO

15
(Yenilənib 17:35 26.01.2021)
On səkkiz saat davam edən axtarışlardan sonra FHN-in xilasediciləri körpə Fatimənin cansız bədənini dağıntılar arasından çıxara bildilər

Yanvarın 25-i saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas ediblər. İki nəfər isə təəssüf ki, həlak olub. 

Sputnik Azərbaycan bildirir ki, həlak olanlardan biri - 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini xilasedicilər bu gün günorta saatlarında dağıntılar arasından çıxara biliblər. Fatimənin anası, 33 yaşlı Aytən Musayevanın meyiti isə dünən gecə saatlarında tapılıb. Onun həyat yoldaşı, 38 yaşlı Vüsal Musayev və 12 yaşlı oğlu Firudin Musayev partlayışdan sağ qurtulsalar da, xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər. 

Dağıntılar arasında axtarışlara Fövqəladə Hallar Nazirliyinin 228 əməkdaşı, eləcə də 19 texnikası, dörd xidmət iti, həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin 20 əməkdaşı və 3 ədəd texnikası cəlb edilmişdi.

15
  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

Teqlər:
fotolent, axtarış, xilasedicilər, dağıntılar, partlayış, Xırdalan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Türkiyənin məşhur aktyoru Ərdoğanı sərt tənqid edib - VİDEO

0
(Yenilənib 22:35 26.01.2021)
Türkiyədə solçu fikirləri ilə tanınan İlyas Salman Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib və ondan heç vaxt mükafat almayacağını deyib

BAKI, 26 yanvar — Sputnik. Türk kinosunun tanınmış komediya aktyoru İlyas Salman ötən gün qatıldığı televiziya proqramında gündəmi alt-üst edən çıxış edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə solçu fikirləri ilə tanınan İlyas Salman: "Rəcəb Tayyib Ərdoğan mənə mükafat verəcəyini desə və mükafatla bərabər böyük miqdarda pul da verəcəyini bilsəm, onun əlindən mükafat almağa getmərəm", - deyib.

​Yeşilçam filmlərinin tanınmış aktyoru axirət inancı olmadığını söyləyib: "Ölümdən qorxmuram. Çünki axirətə, cənnət və cəhənnəmə inanmıram. Əgər cənnət və cəhənnəm varsa, mən cəhənnəmi seçirəm. Çünki orada cəhənnəm zəbanilərinin qaynadığı qazanların istisində oturmaq niyyətindəyəm".

Məlumat üçün bildirək ki, aktyor ötən əsrin 70-80-ci illərində Türkiyədə çəkilmiş filmlərin əksəriyyətində rol alıb. "Çöpçüler kralı", "Banker Bilo", "Şaşkın Ördek", "Deliye Her gün Bayram", "Ben Milyoner Değilim", "İbişo", "Aptal Aşık" və s. filmlərdə çəkilən aktyorun əsas tərəf-müqabili Kamal Sunal olub.

0