Baku Steel Company zavodunun inzibati binası

Paytaxtdakı nəhəng zavodda yanğın: xəsarət alanlar var

116
"Baku Steel Company"də alov fəhlələrin üzərinə püskürüb, 4 nəfər yaralanıb

BAKI, 3 okt — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company" Zavodunda istehsalat qəzası baş verib. "Report"un xəbərinə görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.

Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur. Onlar 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlardan Rəşad Veyisov ambulator müayinə olunduqdan sonra evə buraxılıb. Lakin yaralılardan üçünün vəziyyəti ağırdır. Belə ki, Kamil Məmmədovun bədəninin 70 faizi, Şahin Əliyevin isə bədəninin 67 faizi yanıb. Bundan başqa, İmran Qasımov şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən, onun da səhətində ciddi problemlər yaranıb. Hazırda hər üç şəxs həkim nəzarətindədir.

116
Teqlər:
xəsarət, fəhlə, qəza, zavod, "Baku Steel Company"
Əlaqədar
"Baku Steel Company"də güclü partlayış baş verib
"Araz" zavodunda partlayış zamanı xəsarət alanlardan daha ikisi evə buraxılıb
Şirvan "Araz" zavodu haqqında nə bilirik?
Zavodda baş vermiş partlayış zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb
Hərbi zavodda baş vermiş partlayışla bağlı cinayət işi açıldı
Hərbi zavodda baş vermiş partlayışla bağlı video yayıldı

Göyçaylı xəstəni polis küçədə tutdu

2
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

2
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
PPX

Bakıda koronavirus xəstəsi işindən oldu

27
(Yenilənib 17:47 03.12.2020)
Rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb

BAKI, 3 dekabr — Sputnik. Bakıda ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

27
Teqlər:
patrul, Bakı, xəstə, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar