Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin binası

Bakıdakı bütün notariat kontorlarının fəaliyyəti dayandırıldı

5899
(Yenilənib 17:46 29.09.2016)
Ədliyyə Nazirliyi bununla bağlı notariat kontorlarına xüsusi məktub göndərib

BAKI, 29 sen — Sputnik. Bu gün ölkə ərazisində fəaliyyət göstərən bütün notariat kontorları fəaliyyətini dondurub. Bu barədə Sputnik-ə paytaxtda fəaliyyət göstərən notariat kontorlarından birinin rəhbəri məlumat verib.

Xəbərə görə, hadisəyə səbəb Ədliyyə Nazirliyinin notariat kontorlarına göndərdiyi məktub olub. Məktubda qeyd olunub ki, gün ərzində bütün alqı-satqı və digər işlər hamısı dondurulmalıdır.

Məsələnin səbəbini öyrənməyə çalışsaq da, notariuslar bu haqda məlumatsız olduqlarını bildirdilər.

5899
Teqlər:
notarius, notariat kontoru, məktub, Ədliyyə Nazirliyi
Əlaqədar
Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb
Müğənni NİDA-çıdan ədliyyə nazirinə şikayət etdi
Ədliyyə Nazirliyi uşaqlara ən çox qoyulan adların mənasını açıqlayıb
1 mln manatadək qrant Ədliyyə Nazirliyindən yan keçib
Mədət Quliyev ədliyyə işçiləri ilə birlikdə veloyürüşə qatıldı
Qəza, arxiv şəkli

Bakıda sürücü altı maşını birdən əzdi, yaralı var

12
(Yenilənib 23:01 10.05.2021)
Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb ediliblər. Hadisənin başvermə səbəbləri araşdırılır.

BAKI, 10 may - Sputnik. Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Lexus” və “Toyota” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə zamanı “Lexus”da olan 1 nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb ediliblər. Hadisənin başvermə səbəbləri araşdırılır.

Eləcə də oxuyun: 

Mikroavtobus evakuatorla toqquşub, ölən var - FOTO

Bakıda ana və övladı son anda ölümdən xilas oldu - VİDEO

Şabranda ağır qəza - yaralıları daşımağa başlayıblar

 

12
Teqlər:
yaralı, zəncirvari qəza, Bakı, qəza
Goranboyda küləyin fəsadları

Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO

56
(Yenilənib 11:29 10.05.2021)
Təbiət hadisəsinin Goranboyda yaratdığı fəsad Bəsti Allahverdiyevanın qəzalı evini daha da təhlükəli vəziyyətə salıb. Rayonun 1 qəsəbəsi, 10-a yaxın kəndi isə işıqsız qalıb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Qeyri-sabit hava şəraiti Goranboyda fəsadlar törədib. Qəfil güclənən külək irigövdəli ağacları aşırıb. Bir neçə kənd elektrik enerjisiz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, Goranboy şəhərinin Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yaşayan sakinlər heç də xoş olmayan sürprizlə qarşılaşıblar. Həmin ünvanda yerləşən ikimərtəbəli qəzalı binanın sakinlərindən olan Bəsti Allahverdiyevanın yataq otağının damını iri gövdəli qovaq ağacı dəlib. Yaşlı qadın Sputnik Azərbaycan-a bildirib ki, yatmaq istəyərkən başına az qala qovaq ağacının iri budağı düşəcəkmiş:

“Külək əsdi, ardından elə bir səs gəldi, elə bildim, evə raket düşdü. Tez oğlumu çağırdım, baxdıq gördük ki, küləyin təsirindən ağacın iri budağı dam örtüyünü dağıdıb, otağıma daxil olub. Azyaşlı nəvələrim var, onlardan lap kiçiyi çox qorxdu, özümün həyəcandan qan təziyiqim qalxdı. Yağış da bərk yağırdı, hamısı evə doldu. Bizim bu yaşadığımız bina 2 il əvvəldən qəzalı vəziyyətdədir. Adiyyatı qurumlar gəlib baxıb, söz verdilər ki, yeni bina tikiləcək. Hələ də gözləyirik. Hər gün burada təhlükə artır”.
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda küləyin fəsadları
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Goranboyda küləyin fəsadları

Goranboyun Məmməd Məhərrəmov 14 ünvanında yerləşən ikimərtəbəli qəzalı binada 12 ailə yaşayır. Sakinlərin əksəriyyəti kiçik, məktəb yaşlı uşaqlardır. Həmin ünvanda yaşayanlar tezliklə müasir bina tikilməsini vacib sayırlar.

Qeyd edək ki, güclü külək rayonun Qızılhacılı qəsəbəsində irigövdəli ağacı Goranboy-Tərtər yoluna aşırıb. Dayanacağın yaxınlığında baş verən hadisə zamanı, xoşbəxtlikdən, xəsarət alan olmayıb. Həmçinin təbiət hadisəsi zamanı rayonun Qızılhacılı qəsəbəsi, Balakürd, Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndləri gecədən səhərə qədər elektrik enerjisiz qalıb.

"Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

* FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

 

56
Teqlər:
qəzalı ev, ağac, fəsad, Goranboy, külək

Sonuncu yaz ayında ikinci sürpriz: Azərbaycanda qar yağdı - FOTO

115
Dəniz səviyyəsindən 1280 metr hündürlükdə yerləşən Ləzə kəndinin sakinləri may ayında yağan qarı bolluq rəmzi kimi qiymətləndirirlər.

Leyla Abdullayeva, Sputnik Azərbaycan 

BAKI, 11 may - Sputnik. Şimal bölgəsi may ayında ikinci dəfə sürpriz təbiət hadisəsi ilə qarşılaşıb. 
Qubadan sonra bu gün qar Qusarın Ləzə kəndinə yağıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, qarın hündürlüyü 10 sm-ə yaxın olub. 

  • Lazaya may ayında qar yağıb
    Leyla Abdullayeva
  • Lazaya may ayında qar yağdı
    Leyla Abdullayeva
1 / 2
Leyla Abdullayeva
Lazaya may ayında qar yağıb

Dəniz səviyyəsindən 1280 metr hündürlükdə yerləşən Ləzə kəndinin sakinləri may ayında yağan qarı bolluq rəmzi kimi qiymətləndirirlər. Yaz ayı olduğundan yağan qar artıq əriməyə başlayıb.

Xatırladaq ki, mayın 5-də Qubanın Xınalıq kəndində qar yağmışdı. Gecə saatlarında yağan intensiv yağışı səhər saatlarında qar əvəz etmiş, qarın hündürlüyü 4-5 sm-ə yaxın olmuşdu.

Eləcə də oxuyun: 

Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

Güclü külək şimal-qərb bölgəsində fəsadlar törədib - FOTO

 

 

115
Teqlər:
may, Laza, qar