Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski

Rövşən Lənkəranskinin qətli ilə bağlı gizlinlər aşkara çıxır

2547
Canıyevin, daha əvvəl öldüyü bildirilən sürücüsü sağ imiş...

BAKI, 28 sen — Sputnik. Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranskinin) qətlə yetirilməsi faktı üzrə saxlanılmış 4 nəfər azadlığa buraxılıb. Bu barədə Sputnik-ə kriminal dairələrə yaxın mənbədən məlumat verilib.

Qeyd edək ki, Rövşən Lənkəranski avqustun 17-dən 18-nə keçən gecə İstanbulun Beşiktaş rayonunun Barbarossa bulvarında yerləşən oteldən ayrılarkən silahlı hücum nəticəsində öldürülmüşdü. Onun ölümündən dərhal sonra kriminal avtoritetə tabe olan 35 yaşlı, kriminal aləmdə Hacı Beyləqanski adı ilə tanınan Talıbxanlı Hacıbaba Tahir oğlu, 30 yaşlı Zaur İsayev (Zaur Sumqayıtski), Vahid Bakinski və Rövşən Lənkəranskinin adı açıqlanmayan sürücüsü saxlanılmışdı. Daha əvvəl bildirilirdi ki, onlar Lənkəranskinin qarşısında öldürüldüyü oteldə onunla görüşdə iştirak ediblər.

Deyilənə görə, adı çəkilən şəxslər Canıyevin "ştatlı" killerləri olublar. Məlumatlı mənbənin bildirdiyinə görə, saxlanılan dörd nəfərin Rövşən Lənkəranskinin öldürülməsində iştirakının olmadığı aydınlaşandan sonra onlar azadlığa buraxılıblar.

Bir neçə gün keçəndən sonra Hacı Beyləqanski yenidən həbs olunub. O, bu dəfə Qoca Yasamalski adı ilə məşhur olan azərbaycanlı kriminal avtoritet Əlibala Hacınskinin ölümündə şübhəli bilinib. Yasamalski 2013-cü ilin avqustunda İstanbulda qətlə yetirilib. Mənbə Hacı Beyləqanskinin yaxın günlərdə yenə azadlığa buraxılacağını təxmin edir.

Belə bir məlumat var ki, Əlibala Həmidovun qətlində başqa bir kriminal avtoritet — Səbri Hüseynov günahlandırılır. Bu 45 yaşlı biznesmen, Moskvadakı "Ё-мое" restoranının sahibi, Səbri Ağcabədinski adı ilə kriminal aləmdə məşhur olan şəxs Həmidovun ölümündən düz bir ay sonra Moskvadakı Baykal küçəsində öldürülüb. Killerlər onu elə sahibi olduğu və yaşadığı yerin yaxınlığında yerləşən "Ё-мое" restoranında gözləyiblər.

Sentyabrın 18-i axşam sahibkar həmişə olduğu kimi öz restoranı istiqamətində gedib. Amma restorana daxil olmağa fürsət tapmayıb. Ona girişdə gözləyən 2 nəfər atəş açıb. Sonradan məlum olub ki, o, 5 güllə ilə öldürülüb. Səbri Hüseynovun qətlinin üstü hələ də açılmayıb.

Bununla yanaşı, Rövşən Lənkəranskinin qətlinin bir sıra təfərrüatları məlum olub. Sputnik-in mənbəsinin verdiyi məlumata görə, Canıyevin hərəkət elədiyi "Range Rover" markalı avtomobil zirehli olub. Həmin gecə lüks oteldən çıxan Lənkəranski zirehli maşına deyil, başqasına əyləşib. 

Автомобиль Ровшана Лянкяранского на месте кровавой перестрелки в Стамбуле
© Photo : PUBLIC DOMAIN
Автомобиль Ровшана Лянкяранского на месте кровавой перестрелки в Стамбуле

O, avqustun 16-da Azərbaycandan gəlmiş doğmalarını ziyarət etmək üçün bir neçə saatlığa çıxmağa hazırlaşıb. Lənkəranski ailəsi ilə görüşəndən sonra otelə qayıtmaq fikrində olub. Məhz elə bu vaxt hücum baş verib.

"Qanuni oğru"nun sürücüsünə gəlincə (hansı ki, daha əvvəl onun hadisə yerində öldüyü bildirilirdi), o yaşayır və heç yaralanmayıb da. Hadisə yerində Canıyevin cangüdəni Maris ağır yaralanıb. O, 6 güllə yarası alıb, lakin yaşayır.

Atəşə məruz qalan avtomobil isə Bakıda şəxsi biznesi olan Tahir adlı Türkiyə vətəndaşına məxsus olub. Türkiyə KİV-nin verdiyi məlumata görə, Tahir artıq istintaqa ifadə verib.

2547
Teqlər:
fakt, qətl, Rövşən Lənkəranski, Rövşən Canıyev, "kriminal avtoritet"
Əlaqədar
Lənkəranski son mənzilə belə yola salındı
Rövşən Lənkəranski torpağa tapşırıldı
Lənkəranskinin cənazəsinin izdihamlı qarşılanma mərasiminin görüntüləri
Rövşən Lənkəranskinin cənazəsi Lənkərana gətirildi
İstanbul Ədliyyəsindən Rövşən Lənkəranski ilə bağlı şok qərar