Дождливая погода в Баку. Архивное фото

Qeyri-sabit hava davam edəcək

1535
Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.

BAKI, 24 sen — Sputnik. Ölkə ərazisində hazırda qeyri-sabit hava şəraiti sentyabrın 25-i gündüzədək davam edəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər.

Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

1535
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Mülki əhalimizə atəş açılır: Tərtərdə iki qardaş həlak oldu, 2 nəfər isə yaralandı

110
(Yenilənib 21:10 28.09.2020)
Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar.

BAKI, 28 sentyabr - Sputnik. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

Dərin kədər hissi ilə qeyd edirik ki, 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

110
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

216
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

216
Yük maşını

Aksiyaya qoşulmaq istəyənlər BNA-ya müraciət edə bilərlər

0
(Yenilənib 23:04 28.09.2020)
Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər.

BAKI, 28 sentyabr — Sputnik. Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə "Hər şey vətən üçün" aksiyası davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, iyul ayının düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə "Hər şey vətən üçün" aksiyasına başlayıb. Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

0