Yupiter planeti və onun ən böyük peyki Qanimed

ABŞ alimlərindən ilginc iddia: Yupiterin peykində həyat var

11439
(Yenilənib 21:25 19.09.2016)
Yupiterin peyki olan Avropadakı okean sularında canlılar yaşayır.

BAKI, 19 sen-Sputnik. Amerikalı alimlər əmindirlər ki, bioloji həyat təkcə Yer planetində mövcud deyil. Onların fikrincə, Yerdən kənarda həyat Yupiterin peyki olan Avropada da mövcud ola bilər.

Sputnik-in informing-ə istinadla verdiyi xəbərə görə, bununla bağlı alimlər xatırladırlar ki, Avropada su Yer kürəsi ilə müqayisədə 2 dəfə çoxdur. Mütəxəssislərin sözlərinə görə, Yupiterin peykində dərinliyi yüz kilometrlərlə olan okeanlar kükrəyir. Bu okeanların sularında həyatın mürəkkəb orqanik formaları mövcud ola bilər.

Tədqiqatçılar xarici aləmdən təcrid olunmuş Antarktidakı buzların altında yatan göldə məskunlaşmış müxtəlif mikroorqanizmlərdən də nümunə kimi istifadə edirlər. Ona görə bir sıra mütəxəssislər güman edirlər ki, Avropanın buz qatının altında da birhüceyrəli orqanizmlərin yaşaması mümkündür.

Alimlər Avropadakı buz dağının altındakı minerallarla zəngin olan konkret xəttləri də dəqiq işarə ediblər.

Ameriaklı mütəxəssislər istina etmirlər ki, Avropa okeanlarında ən azı bakteriyalar və digər müxtəlif varlıqlar mövcuddur. Alimlər belə okeanların dərinliklərində həyatın mövcud ola biləcəyindən əmindirlər.

Qeyd etmək lazımdır ki, alimlər Avropada mikroorqanizmlərin meydana gəlməsi üçün lazım olan karbon və azotu tədqiq etməyə alışırlar.

11439
Teqlər:
Antarktida, Yupiter, bioloji, Yer kürəsi, alimlər, peyk, həyat, Amerika, Avropa
Əlaqədar
Yaşayış üçün Yer qədər əlverişli planet tapıldı
"Qırmızı planet"dən sensasiyalı xəbər: onu kim "bombardıman" etdi?
Günəş sistemində dünyadan 10 qat böyük olan yeni planet kəşf edilib
İnsanın yaşaya biləcəyi yeni planet tapıldı
PPX avtomobili, arxiv şəkli

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 daşıyıcılarına cinayət işi açıldı

5
(Yenilənib 18:31 30.11.2020)
Abşeron və Xətai rayonlarında qanunsuz olaraq evlərini tərk edən COVID-19 xəstələri polislər tərəfindən aşkarlanaraq evlərinə qaytarılıblar

BAKI, 30 noyabr — Sputnik. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronavirus xəstəsi olan, Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Onun barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

5
Teqlər:
xəstə, polislər, cinayət işi, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan, Karantin rejimi, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Qəza, arxiv şəkli

Biləsuvarda avtomobil kanala aşıb, ölən var

8
(Yenilənib 18:15 30.11.2020)
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

8
Teqlər:
Biləsuvar, yaralılar, ölən, sürücü, kanal, BMW, avtomobil, qəza
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

102
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

102
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi