Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zərdabda minik avtomobili ilə yük maşını toqquşub, ölən var

© Photo : REPORTQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisənin baş vermə səbəbi araşdırılır.

BAKI, 18 sen — Sputnik. Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə  bu gün axşam saatlarında Zərdab- Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2106" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə  "VAZ" markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış  meyitini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Yaralılara  isə Zərdab rayon təcili tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və onlar ən  yaxın məsafədə yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hər iki yaralı xəstəxanaya koma vəziyyətində daxil olub şəxsiyyətləri barədə hələlik heç bir məlumat yoxdur. Hadisənin baş vermə səbəbi araşdırılır.  

Xəbər lenti
0