Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

BŞBPİ: Milli Şuranın mitinqində 800 nəfərədək insan iştirak edib

© Photo : PUBLIC DOMAINBakıda Milli Şuranın mitinqi. 11 sentyabr 2016-cı il
Bakıda Milli Şuranın mitinqi. 11 sentyabr 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 15:00-dan 17:00-dək davam edən toplantıda aksiyada ümumi sayı 800 nəfərədək olan insan iştirak edib.

BAKI, 17 sen — Sputnik. Sentyabrın 17-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 800 (səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Xəbər lenti
0