Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zakir Qaralov ukraynalı həmkarına müraciət etdi

© Photo : APAZakir Qaralov, Azərbaycan Respublikasının baş prokuroru
Zakir Qaralov, Azərbaycan Respublikasının baş prokuroru - Sputnik Azərbaycan
Abunə olmaq
Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənir

BAKI, 16 sen — Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib.

HADİSƏ
Ukraynada öldürülən azərbaycanlı biznesmenin nəşi ölkəyə gətirildi

Müraciətdə azərbaycanlılara qarşı, o cümlədən Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlər qəti şəkildə pislənərək, ayrı-ayrı şəxslər tərəfindən yol verilmiş bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Xəbər lenti
0